Yuxarı

Bu qərar nəyi dəyişir ki? - Ekspert

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərmanlar birmənalı qaydada həkim resepti əsasında buraxılmalıdır. İcbari tibbi sığorta olduğu təqdirdə o sığortanın hesabına həyata keçirilməlidir. Resept əsasında 14 yaşından aşağı olanlar da dərman alır, yuxarı yaş qruplarına aid olanlar da. Bu qərar nəyi dəyişir axı?

Bu sözləri Axar.az-a açıqlamasında tibb üzrə ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, dərmanlar haqqında verilən qərarlar bir sistemdə cəmlənməlidir:

“Əslində, bu cür qərarlar ümumi səhiyyə qanununda və ya əczaçılıq haqqında qanun layihəsində öz əksini tapmalıdır. Bu, bir sistem şəklində tənzimlənməlidir. Yəni sabah bunun kimi yeni qərarlar qəbul ediləcək. Ona görə bunlar bir sistemdə, farmakalogiya və əczaçılıq haqqında qanun layihəsində cəmlənməlidir. Biz dünya analogiyalarını nəzərə almalıyıq”.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilərək, Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin verilməsi qadağan edilə bilər. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Tarix
2018.01.23 / 08:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla