Yuxarı

Zəif işıq beyin strukturunu dəyişdirə bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddət zəif işıq altında vaxt keçirtmənin beynin strukturunu dəyişdirəcəyi və yaddaşa zərər verə biləcəyi müəyyən edilib.

Axar.az xəbər verir ki, ABŞ-ın Miçiqan Universitetinin neyrobioloqları insanlar kimi gündüz hərəkət edib, gecələr yatan Nil çöl siçanları üzərində araşdırma aparıblar. Belə ki, onlar siçanların bəzilərini bir ay boyunca zəif, digərlərini parlaq işığa məruz qoyublar.

Zəif işığın təsiri altında olan siçanların beyinlərindəki öyrənmə və yaddaşla bağlı hippokampus bölümündə təxminən 30 faizə yaxın enerji itkisi qeydə alınıb. Bundan əlavə, heyvanların məkanla bağlı vəzifələrini yetirərkən çətinlik çəkdiyi məlum olub. Parlaq işığa məruz qalan siçanlarda isə əksinə, məkanla bağlı vəzifənin yerinə yetirilməsi zamanı irəliləyiş nəzərə çarpıb.

Uzun müddət zəif işıqda qalan siçanlar daha sonra 4 həftə ərzində parlaq işığın təsiri altında olublar. Son nəticədə isə onların beyin tutumlarının tamamilə yaxşılaşdığı müşahidə olunub.

Alimlər zəif işığın hippokampusda neyronların və sağlam əlaqələrin davamlılığına kömək edən peptidlərin azalmasına səbəb olduğunu söyləyiblər.

Tarix
2018.02.20 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla