Yuxarı

Bu simptomlar infarktın yaxınlaşmasını göstərir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnfarkt keçirmiş insanların bir çoxu sağalmağa başlayanda həkimlərlə söhbətlərdə xatırlayırlar ki, infarktdan bir müddət əvvəl onlarda bəzi kiçik pozulmalar əmələ gəlirdi.

Məhz belə cüzi pozulmalar bir çox hallarda infarktın yaxınlaşmasına işarə edirdi, lakin insanlar onlara fikir vermirdi və həkimə müraciət etmirdi. Nəticədə isə...

Sağlamolun.az xəbər verir ki, ABŞ alimləri infarkt keçirmiş insanların iştirakı ilə geniş araşdırma aparıblar. Araşdırma zamanı infarktdan bir neçə ay əvvəl xəstələrin səhhətində baş verən dəyişikliklər haqqında məlumat toplanırdı. Məlum olub ki, infarkt keçirmiş bir çox insanlarda xəstəxanaya düşdükdən bir müddət əvvəl bəzi oxşar simptomlar meydana çıxırdı:

1. Artan və ya təzə əmələ gəlmiş təngənəfəslik. Məsələn, insan birdən-birə hiss edirdi ki, hər gün qalxdığı pilləkəni artıq çətinliklə qalxır və ya piyada az bir məsafə keçəndən sonra təngənəfəs olur.

2. Uzunsürən, sağalmayan soyuqdəymə. Qan dövranı pozulduqda insan orqanizmi zəifləməyə başlayır ki, insan tez-tez soyuqdəymə xəstəliklərinə tutulur və ya sağalma çox uzun çəkir.

3. Sinədə yüngül ağrılar. İnsanlar adətən buna fikir vermir. Lakin həkimlər sinədə istənilən ağrılara qarşı daha diqqətli olmağa çağırır.

4. Yorğunluq. Səbəbsiz yorğunluq, günorta vaxtı yuxulu olmaq, gecə vaxtı isə əksinə yuxusuzluq infarktın yaxınlaşmasına işarə edə bilər.

5. Başgicəllənməsi. Başgicəllənməsi tez-tez təkrarlanırsa, diqqətli olun. Bu da çox ciddi simptomdur.

Tarix
2018.04.11 / 02:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla