Yuxarı

Bu klinikanın da adı dəyişdirildi, daha biri isə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Grand Hospital”dan sonra ölkədə daha bir məşhur özəl klinikanın adı dəyişdirilib. “Medilux” klinikası artıq “Baku Medical Plaza” kimi fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı medicina.az saytı yayıb. Məlumata görə, "Medilux” klinikası Bakıda şəbəkə formasında fəaliyyət göstərən "Baku Medical Plaza”ya satılıb.

Artıq binanın üzərində yeni klinikanın adı qeyd edilib. Lakin “Grand Hospital”dan fərqli olaraq, sözügedən klinikanın heyəti ixtisar edilməyib.

Məsələ ilə bağlı klinika hələlik heç bir rəsmi açıqlama yaymayıb.

Əldə etdiyimiz məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən “Stimul Hospital”ın da adı yaxın günlərdə dəyişdiriləcək. Klinikanın yeni adının nə olacağı hələ ki məlum deyil.

Xatırladaq ki, bir neçə gün öncə Bakının məşhur “Grand Hospital” klinikasının da adı “Ege Hospital” olaraq dəyişdirilib. Klinikanın bütün heyəti ixtisar edilərək, Türkiyədən həkimlər dəvət edilib. Klinika artıq Türkiyənin məşhur “Ege Hospital”ının Bakıdakı filialı kimi fəaliyyət göstərəcək.

Tarix
2018.05.25 / 17:56
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla