Yuxarı

Həddən artıq təmiz uşaqları gözləyən təhlükə: xərçəng...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlarda xərçəngin, kəskin leykozun səbəbləri valideynlərin evdə və uşağın özündə ideal təmizliyə can atması, onu həddən artıq təmiz saxlamasıdır.

Axar.az xəbər verir ki, bu haqda onkoloji xəstəliklər üzrə professor Melvin Qrivs yeni elmi məqaləsində bildirib. Onun sözlərinə görə, həddən artıq təmiz şəraitdə böyüdülən uşaqların gələcəyi ciddi təhlükə altındadır.

Melvin Qrivs məqaləsində qeyd edib ki, leykoz xəstəliyində sümük iliyi hüceyrələrinin yetişməsi prosesi pozulur, onlar nəzarətsiz şəkildə çoxalırlar. Bu xəstəliklər isə daha çox inkişaf etmiş ölkələrdə, uşaqların normal yaşaması üçün yaxşı şərait olan evlərdə, ailələrdə rast gəlinir. O bildirib ki, uşaq leykozunun əsas səbəbi yaxşı sosial yaşayışdır.

Professor son 20 ildə bütün dünyada aparılmış araşdırmaların nəticələrini toplayaraq bu qərara gəlib ki, leykoz, autoimmun xəstəliklər və allergik xəstəliklərin əsasında gigiyena nəzəriyyəsi dayanır. Uşağın həyatının ilk ilində körpə həddən artıq steril şəraitdə saxlanılır, o, kir, çirk mühitlə təmas qurmur, virus və bakteriyaları tanımır, digər uşaqlarla ünsiyyətdə olmur, nəticədə immun sistem uşaq və ananın immunitetindən başqasını görmür. Ona görə 2-3 yaşından sonra adi infeksiya ilə ilk tanışlıq orqanizmdə anormal proseslərə təkan verir, hüceyrələri dağıdır.

Qrivsin fikrincə, əgər uşaq həddən artıq gigiyenik, estetik şəraitdə saxlanılsa, onun kəskin leykoz olması riski 40% artır.

Məşhur azərbaycanlı pediatr Altay Abdullaoğlu da Axar.az-a açıqlamasında bildirmişdi ki, uşaqları həddən artıq çox təmiz saxlamaq, onlar üçün faydalı yox, əksinə zərərli olur. Ona görə şəhərdə dezinfektorlarla əlləri yumaq, spirtləmək çox da yaxşı deyil, uşaqların sağlamlığı üçün zərərlidir. Belədə uşaqlar daha allergik olur, tez-tez xəstələnirlər.

Tarix
2018.05.26 / 00:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla