Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyul 2018


Tibb ixtisası üzrə plan yerinin kəskin azalması... – Ekspert

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-2019-cu tədris ili üçün ali məktəblərin bütün ixtisasları üzrə plan yeri artırılıb. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrədir.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov müxtəlif ixtisas qruplarında plan yerlərinin dəyişdirilməsinə münasibət bildirərkən deyib. O, ötən illə müqayisədə tibb və bədən tərbiyəsi üzrə ixtisasların plan yerlərində kəskin dəyişiklik olduğunu bildirib:

“2017-ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb.

İdman ixtisası üzrə isə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb. Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. 2018-ci ildə isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq, 1505 plan yeri olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan 350 yer artıb”.

Ekspert idman ixtisası üzrə ali təhsil alan şəxslərin çox vaxt bu sahə ilə məşğul olmadıqlarını nəzərə alaraq, plan yerləri dəyişdirilərkən ölkə üzrə sözügedən ixtisaslara olan tələbatı da nəzərə almağı təklif edib:

“Əlbəttə ki, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olanların böyük əksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyib, “təki universitet olsun” prinsipi ilə bura gedənlərdir. Bədən tərbiyəsi ixtisasını bitirənlərin demək olar ki, böyük əksəriyyəti bu istiqamətdə çalışmır.

Halbuki, regionlarda həkimlərə ciddi ehtiyac var. Hesab edirəm ki, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalıdır. Tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Gələcəkdə bu azalmanın mənfi nəticələri olacaq”.

Qeyd edək ki, IV ixtisas qrupu üzrə müalicə işi, stomatologiya, tibbi profilaktika və əczaçılıq ixtisasları üzrə plan yerlərinin sayı kəskin şəkildə azaldılıb.

Tarix
2018.07.12 / 17:18
Müəllif
Büllurə Yunus
Şərhlər
Загрузка...
Digər xəbərlər

Arı sancan gənci öldürən həkimi bu şəxs himayə edir – Şikayət

Bütün qadın problemləri buradan qaynaqlanır

Kondisionerlər insanlara ölüm gətirir – Diqqət!

Ağciyəri qorumaq üçün bunları yeyin

Qarpızı ilıq yeyin, çünki...

Suda boğulanlara ilk tibbi yardımı necə göstərməliyik?

Dəniz suyu uşaqlarda bu xəstəlikləri yaradır - Təhlükə

Piy əridən 5 məhsulun adı açıqlandı

Qırışlara qarşı təbii maskalar...

Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür?

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla