Yuxarı

Qarpızı ilıq yeyin, çünki...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayın sevimli deserti olan qarpız adətən soyuq yeyilir. Lakin mütəxəssislər bunu düzgün hesab etmir.

Sağlamolun.az xəbər verir ki, dietoloqlar kəsilməmiş qarpızı ev temperaturunda saxlamağı və yeməyi tövsiyə edir. Məsələ burasındadır ki, ev temperaturunda qarpızda yetişmə prosesləri sürətlənir və bunun nəticəsində faydalı maddələrin miqdarı artır. Bu xüsusilə karotinoidlər və likopinə aidir.

Karotinoidlər orqanizmdə ən güclü antioksidant olan A vitamininə çevrilir. Bu vitamini orqanizmi sərbəst radikalların təsirindən qoruyur, bizi cavan saxlayır, gözəl dəri və yaxşı görmə üçün çox vacibdir.

Likopin damarlar və kapilyarları elastik və möhkəm edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır və bununla da ürək-damar sistemi xəstəliklərindən qoruyur. Bundan əlavə likopin kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.

Qarpızı yeməkdən dərhal sonra yemək olmaz. Bu həzm proseslərini pozur - köpə və qarın ağrılarına səbəb olur. Qarpızı yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra yeyin.

Kəsilmiş qarpızı yalnız soyuducuda saxlayın və 24 saat ərzində yeyin. Bundan çox saxlamaq olmaz ki, belə qarpız ciddi zəhərlənməyə səbəb ola bilər.

Tarix
2018.07.17 / 01:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla