Yuxarı

Qadının iş yeri uşağının sağlamlığına necə təsir edir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər müəyyən ediblər ki, qadının işi onun hələ doğulmamış körpəsinə birbaşa təsir göstərməyə qadirdir.

Medicina.az xəbər verir ki, buna qədər artıq sübut edilmişdi ki, bəzi kimyəvi birləşmələr körpədə astma xəstəliyinin inkişafı riskini artırır. Lakin iş yeri ilə sağlamlıq arasındakı analoji əlaqəni yalnız indi aydınlaşdırmaq mümkün olub.

Kəşf Danimarkadakı İctimai Sağlamlıq Məktəbinin əməkdaşlarına məxsusdur. Onların elmi işlərinin əsasını 43 minə yaxın yeddi yaşlı uşağın sağlamlıq vəziyyəti təşkil edir. Məlum olub ki, mebel, ayaqqabı, rəng və avtomobil hissələri ilə işləyən qadınlar daha tez-tez astma xəstəliyinə düçar olmuş uşaqlar dünyaya gətirirlər. Bu diaqnoz müayinə olunan uşaqların təxminən 16 faizində qeydə alınıb.

Araşdırmanın rəhbəri Berit Xvass Kristensenin sözlərinə görə, bu araşdırma uşaqların vəziyyəti və anaların işinin irimiqyaslı təhlili istiqamətində ilk addımdır. Qarşıda astmanın arxasında məhz hansı substansiyanın dayandığını aydınlaşdırmaq durur.

Tarix
2018.08.19 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla