Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Noyabr 2018


Hansı idman növü insan ömrünü daha çox uzadır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər sübut ediblər ki, mütəmadi olaraq tennis oynayan insanların ömürləri təxminən 10 il uzanır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə tennis insan orqanizminə qaçış və velosipedə nisbətən daha çox fayda verir. Bunu təxminən 8600 könüllünün iştirak etdiyi tədqiqatlar sübut edib.

Araşdırmalardan məlum olub ki, tennis oynayanlar ümumiyyətlə idmanla məşğul olmayanlara nisbətən təxminən 9.7 il daha çox yaşayırlar. Badminton oynayan insanlarda bu göstərici 6.2, futbolçularda isə təxminən 5 ildir. Rəqib və ya ümumiyyətlə insanlarla təmas tələb etməyən idman növlərinin isə bir o qədər səmərəli olmadığı müəyyən edilib.

Velosiped sürmək orta hesabla insan ömrünü 3.7, üzgüçülük 3.4, qaçış isə 3.2 il uzadır.

Alimlər tennisin bu qədər yaxşı nəticə verməsinin səbəbini hələ müəyyən edə bilməyiblər. Lakin onların fikrincə burada sosial amil mühüm rol oynayır. Belə ki, komanda şəklində tennis və ona bənzər oyunlar bədənə ağırlıq vermək və ürək döyüntülərini artırmaqla yanaşı, digər insanlarla da əlaqə qurmağa şərait yaradır. Uzunömürlülük üçün isə kommunikasiya çox vacibdir.

Tarix
2018.09.07 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda 260 min nəfər bu xəstəliyə tutulub

Məşhur alimdən xərçənglə bağlı vacib xəbərdarlıq

Üzünüzü hər gün nar suyu ilə silin - Bilinməyən faydalar

“Elmed”də çek-ap günləri: Bütün müayinə sərfəli qiymətə

Nazirlik: Buna qarşı pulsuz müalicə hələ lazım deyil

Zob xəstəliyinin 7 qeyri-adi əlaməti

Bir həftədə 5 kq arıqlamaq mümkündürmü? - Ekspert rəyi

Çörək insanda bu dəhşətli xəstəliyi yaradır - Sensasiya

Siqareti atandan sonra ürək neçə ilə bərpa olunur?

Gürcüstandan gətirilən kartofda xəstəlik tapıldı – Rəsmi

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla