Yuxarı

Xalq artisti: “Bıçaq şlyapama sancıldı” - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arxadan vurulan zərbə” filmində çətin səhnələr var idi. Döyüş, atla, Qurd Cəbrayılla səhnələr... Müxtəlif məkanlarda çəkdik bu filmi. Qaxda, Zaqatalada, Mingəçevirdə, Qubada.

Axar.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Ömrün fəsilləri” verilişinin qonağı olan xalq artisti Rafiq Əzimov deyib. Aktyor “Arxadan vurulan zərbə” filminin çəkilişi zamanı başına gələn təhlükəli hadisədən söz açıb:

“Çəkilişlər Zaqatalada gedirdi. Sirkdən bıçaq atan gətirmişdilər. 10 metr uzaqdan ağaca bıçağı düz atırdı. Bir dənə boş bıçaq atmırdı. Məşqdə mənə göstəriş verildi və mən hərəkət etdim. İkinci göstəriş bıçaq atana verildi, 3-cü göstəriş yenidən mənə verildi ki, əyilim. Bir dubl çəkildi və mən əyildim. Sonra Arif mənə dedi ki, Əzimov gəl bir də çəkək. İkinci dublda göstəriş mənə gec verildi. Artıq mən qalxanda bıçaq gəldi başımın üstündə şlyapanı tərpətdi. Elə bildim ki, küləkdir. Heç nə hiss etmədim. Ancaq texniki işçilər heyrətlə birdən qalxıb, gəlib mənim başıma baxdılar. Onda məni vahimə basdı. Arif (filmin rejissoru Arif Babayev nəzərdə tutulur – red.) dedi ki, anan namaz üstündəymiş”.

Qeyd edək ki, “Arxadan vurulan zərbə” filmi 1977-ci ildə lentə alınıb. Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı idarəsinin müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur.

Tarix
2017.02.06 / 21:05
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla