Yuxarı

Ağlaya-ağlaya dünyadan köçən professorun kitabı çıxdı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış kinoşünas, kinodramaturq, rejissor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb.

Axar.az xəbər verir ki, TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, Qarabağ mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılır.

XX əsrin sonları-XXI əsrin əvvəllərində çəkilmiş əksər kinofilmlər əsərdə geniş təhlil olunur. Kitabda az qala hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir.

Əsər müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Gül­lə­lən­mə tə­xi­rə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “Keçmişdən məktublar”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yax­şı­lı­ğa doğru”, “Yalan”, “Əlvida, cənub şəhəri”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və daha neçə-neçə nümunəsi əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur.

AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının 1 iyul, 2016-cı il tarixli, 4 saylı qərarı ilə çapa tövsiyə olunmuş əsərin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, rəyçiləri sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə və filologiya elmləri doktoru, professor Aqşin Babayev, nəşriyyat redaktoru isə Kərim Kərimlidir.

Təəssüf ki, kitabın üzünü görmək müəllifə qismət olmayıb. O, kitabın mətbəədən gəlməsindən bir neçə gün əvvəl dünyasını dəyişib. Bu əsər 25-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, 60-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının akkordu oldu.

Ümidvarıq ki, “Müasir Azərbaycan kinosu” oxucuların, ilk növbədə kinoşünaslarına, bu sahədə tədqiqat işləri aparan alimlərin, kino tənqidçilərinin, ali təhsil ocaqlarının müəllim və tələbələrinin, eləcə də sıravi kino həvəskarlarının çox sevdiyi kitablardan birinə çevriləcək. Oxucular kitabı kinoya, maraqlı bir filmə baxırmış kimi oxuyacaqlar.

Xatırladaq ki, Aydın Dadaşov martın 14-də, Axırçərşənbə günü dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, uzun müddətdir ona qoyulan xərçəng diaqnozunun yanlış olduğu barədə xəbəri alandan sonra Aydın müəllim hönkürtü ilə ağlamış və ürəyi dayanmışdı.

Tarix
2017.04.17 / 15:26
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla