Yuxarı

“Bozbaş Pikçers"in Şirini ən böyük arzusunu açıqladı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bozbaş Pikçers" (“Bozbaş Pictures”) komandası yeni film çəkməyə hazırlaşır.

Bu haqda komandanın üzvlərindən olan aktyor Nicat Rəhimov Musavat.com saytına açıqlamasında deyib. O bildirib ki, tezliklə növbəti filmin hazırlıqları başlayacaq:

“Bozbaş Pikçers” sezon finalına çıxmağa hazırlaşır. Bir neçə gün sonra Naxçıvana yola düşəcəyik. Orada iki bölüm çəkəcəyik. Qayıdandan sonra Macarıstana səfər edib, iki bölüm də orada çəkəcəyik. Həmişə olduğu kimi, bu yay da dincəlməyəcəyik. Yeni film üçün ideyalar düşünürük, yenə axtarışdayıq. “Stalinin başı” filmi ilə öz rekordumuzu yeniləmişdik. Bilirik ki, dincəlməklə heç nə əldə edə bilməyəcəyik, işləmək lazımdır. Bu dəfə də komediya janrında olacaq filmimiz”.

Rəhimov bildirib ki, özünü Şirin obrazından başqa rollarda da sınamaq istəyir:

“Məni hər kəs Şirin olaraq tanıdı. Daha sonra “Oğlan evi-2" filmində də çəkildim. Yavər tam fərqli obraz idi. Tamaşaçılardan qəbul edən də, etməyən də oldu. Məncə, aktyor hər bir obrazı canlandırmalıdır. Özümü dramda da görürəm. Bilirəm ki, dramatik obrazın da öhdəsindən gələcəyəm. Dramatik obrazda oynamaq arzumdur. Gələcək planlarımda bu da var”.

Tarix
2017.06.12 / 01:13
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla