Yuxarı

Tamaşaçılar xalq artistini erməniyə görə söydülər - Axar TV

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlik Dadaşov Azərbaycan kino tarixində daha çox mənfi obrazlarla yadda qalıb.O, “Dəli Kür”də Molla Sadıq, “Axırıncı aşırım”da Qəmlo, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Fəryad” filmində isə Aram Xaçaturyan obrazlarını o qədər ustalıqla canlandırıb ki, hətta bu rollarına görə aktyora nifrət edən tamaşaçılar da olub.

Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. Aktyorun doğum gününün maraqlı, qəribə tarixçəsi var. Məlik Dadaşovun qızı Gülnarə Dadaşova atasının dəqiq doğum tarixini 60 yaşında öyrəndiklərini deyib:

“59 il atamın ad gününü iyunun 17-də qeyd etmişik. Bir gün təsadüfən doğum haqqında şəhadətnamə lazım oldu, itdiyi üçün atam arxivdən doğum şəhadətnaməsini çıxartdı.Beləliklə, 60 yaşında özü də, biz də öyrəndik ki, o, iyunun 17-si yox, 7-si dünyaya gəlib.Nəhayət, 60 yaşında doğum gününü məhz həmin gün qeyd etdik”.

Aktyorun səhnəyə gəlişi 1946-cı ilə təsadüf edir. Səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayıb.

Məlik Dadaşov öz istedadı ilə ustadlarını da heyrətləndirirdi. Bir vaxtlar müəllimi, Adil İsgəndərov “Axırıncı aşırım” filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək “Bu mükafat Məlik Dadaşova düşür, “Qəmlo”nu yaratdığına görə” demişdi.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.03.06 / 07:00
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla