Yuxarı

Teatrda şəhid olan xalq artisti – Axar TV

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlham Əsgərov 1958-ci il sentyabrın 3-də Masallıda anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirən sənətkar 1982-ci ildən Akademik Milli Dram Teatrında çalışıb.

İlham Əsgərov atasının istəyi ilə teatrı seçib. O, sənətini müqəddəs bilirdi və “teatr bizim doğma evimizdir” deyirdi. Əsgərov“Mahnı dağlarda qaldı”da Nicat, “Közərən ocaqlar”da Əli, “İblis”də Ərəb və başqa tamaşalarda maraqlı obrazlarla yadda qalıb, 40-dan çox filmdə rol alıb.O, həm də gözəl qiraət ustası idi. Aktyoru daha çox Azərbaycan dövlət radiosunun məşhur “Bulaq” verilişindən tanıyırdılar. O, hətta “səsimi daha çox tanıyırlar, nəinki özümü” deyirdi. Şeirləri xüsusi ustalıqla ifa edirdi və deyirdi ki, şeiri gərək canına hopdurasan, əks halda mümkün deyil.

Həmkarı, xalq artisti Nurəddin Mehdixanlı İlham bəyin həm aktyor, həm də xarakter olaraq bütöv olduğunu deyir:

“İlham Əsgərovla biz tələbəlik illərindən tanışıq. İlham həmişə abır-həyası, mədəniyyəti ilə seçilib, fərqlənən biri idi. O, uzun illər təmizliyini, dürüstlüyünü qoruyub saxladı. İlham haqsızlığı qəbul etməz, ədalətsizlik görəndə susmazdı. Açıq şəkildə etirazını bildirirdi. O, dünyadan vaxtsız köçdü. Mən bunu həmişə demişəm və deyəcəyəm də. İlham Əsgərov Azərbaycan teatrını, xüsusi ilə Akademik Milli Dram Teatrını qoruya-qoruya şəhid oldu”.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.03.20 / 09:30
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla