Yuxarı

Qarabağla bağlı hər hansı şərt qəbuledilməzdir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması Ermənistan tərəfindən qəsdən danışıqların pozulması, boykot və şantaj edilməsidir. Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münxendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinn iki ölkənin xarici işlər naziri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın İspaniyanın Efe agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi bəyanatlarına cavab olaraq, Efe agentliyinə “Bakı hesab edir ki, Qarabağ danışıqlarına hər hansı qeyd-şərtin qoyulması şantajdır” müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə olunan məsələlərin mahiyyəti ondan ibarətdir ki, insidentlərin araşdırılması mexanizmi, humanitar məsələlər və münaqişəsinin həlli üzrə substantiv danışırlar paralel və sinxron şəkildə aparılmalıdır.

XİN rəsmisi deyib: “Ermənistanın substantiv danışıqlardan imtina etməsi davamlı şəkildə siyasi-hərbi təxribatlar və hərbi avantüra, Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə çağırışlı ictimai açıqlamaları, seçkiqabağı daxili siyasi mühitin manipulyasiya edilməsi, işğal olunmuş ərazilərdə öz hərbi imkanlarının artırılması, hərbi təlimlərin keçirilməsi və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi ilə müşayiət olunur”.

Bütün bunların Ermənistanın açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasəti yürütməsinin göstəricisi olduğunu deyən H.Hacıyev Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqlara hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Efe agentliyi vasitəsilə müsahibə İspaniya və Latın Amerikasının aparıcı mətbuat orqanlarında, o cümlədən “Lavanguardia”, “Elconfidencial”, “Eldiario” və digərlərdə dərc olunub.

Tarix
2017.03.16 / 11:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla