Yuxarı

Aprel savaşı ilə bağlı erməni həyasızlığı: Avropa Məhkəməsi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsi dörd günlük aprel müharibəsinə görə Ermənistanın Azərbaycana qarşı (?!-C.T.) qaldırdığı 23 iddianı qəbul edib.

Musavat.com xəbər verir. Dağlıq Qarabağdakı separatçı qurumun oyuncaq “baş naziri”nin “mətbuat katibi” Artak Beqlaryanın Tvitter-də yazdıqlarına istinad edən erməni mətbuatı qeyd edir ki, iddia ərizəsində həyasızcasına bildirilib ki, 2016-cı ilin 2-5 aprel döyüşləri zamanı Azərbaycan Qarabağdakı hərbçilərin və mülki vətəndaşların insan hüquqlarını pozub. Artıq siyasiləşmiş və sifarişli qərarlar qəbul edən Avropa Məhkəməsi də Azərbaycanın işğal altındakı ərazilərdə törədilən cinayətləri bir kənara qoyaraq ermənilərin iddialarını qəbul edib.

Bundan əvvəl Ermənistanın Avropa Məhkəməsindəki nümayəndəsi, Ermənistan prezidentinin məsləhətçisi Gevorq Kostanyan demişdi ki, aprel müharibəsinə görə Avropa Məhkəməsinə Azərbaycana qarşı 700-dən artıq şikayət göndərilib. Onun iddiasına görə, Azərbaycandan bu quruma ünvanlanan 500 iddiadan ancaq 5-i qəbul olunub.

Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov isə ötən ay parlamentdə keçirilən müzakirələrdə demişdi ki, aprel hadisələri ilə bağlı Azərbaycandan Avropa Məhkəməsinə 700-dən artıq şikayət ərizəsi göndərilib: “Bu ərizələrdə Ermənistan tərəfindən insan hüquqlarının pozulması faktları əks olunub”. Ancaq Ç.Əsgərov beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Məhkəməsində də Azərbaycana qarşı ikili standartların mövcudluğunu təsdiqləmişdi. “Ermənilər aprel döyüşləri zamanı guya “azərbaycanlılar tərəfindən” öldürülən 3 nəfərlə bağlı Avropa Məhkəməsinə şikayət ünvanlamışdı. Artıq bu şikayət üzrə kommunikasiya başlanılıb, icraata start verilib. Amma bizim tərəfimizdən hazırlanmış şikayətlərə hələ ki, baxılmayıb. Həmin hadisələr zamanı 6 nəfər dinc sakin həlak olmuşdu, 20-yə yaxın şəxs yaralanmışdı. Lakin Avropa Məhkəməsi bununla bağlı şikayətlərin baxılmasına başlamayıb”.

Ermənilərin iddiasından belə aydın olur ki, ötən bir ay ərzində Avropa Məhkəməsi ermənilərin əsassız iddialarının daha bir neçəsini qəbul edib.

Tarix
2017.03.29 / 14:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla