Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Oktyabr 2017


İran prezidentliyinə namizədlər: 5 fars, bir kürd… - Dosye

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Anayasanı Müdafiə Şurası prezident seçkisinə qatılmağa yalnız 6 nəfərə izn verib.

Qərara əsasən, prezidentliyə namizədliyini yalnız Seyid İbrahim Rəisi Sadati, Həsən Ruhani, Məhəmməd Bakır Qalibaf, İshaq Cahangiri Kuhşahi, Seyid Mustafa Ağa Mirsəlim, Seyid Mustafa Haşimi Teba verə biləcəklər. Maraqlı məqam odur ki, namizədlərin arasında bir nəfər də olsun azərbaycanlı yoxdur.

Axar.az İran prezidentliyinə namizədlərin qısa tərcümeyi-halını təqdim edir:

Həsən Ruhani – 1948-ci ildə Simnan ostanında anadan olub. Milliyətcə farsdır. 1977-ci ildə Xomeynini “imam” adlandırdığına görə ölkədən qaçaraq Parisə getməyə məcbur olub. İran-İraq müharibəsi dövründə - 1982-ci ildən 1988-ci ilə qədər Ali Müdafiə Şurasının üzvü, Müharibəyə Dəstək Komissiyasının icra komitəsinin sədri (1986-1988), İran Ordu komandanının müavini (1983-1985), İran Hərbi Hava Qüvvələrinin komandanı (1986-1991) və s. vəzifələr icra edib. Müharibədəki xidmətlərinə görə Fəth (Qələbə) medalı ilə mükafatlandırılıb.

1989-cu ildən 2005-ci ilə qədər 16 il müddətində Təhlükəsizlik Şurasının katibi olub. Həmçinin İranın sabiq prezidenti Hatəminin təhlükəsizlik məsələləri üzrə müşaviri (2000-2005) vəzifəsini tutub. Rus, fars, ərəb, ingilis, alman və fransız dillərini bilir. Həsən Ruhani 20 yaşı olarkən 14 yaşlı xalası qızı Sahibə Ərəbi ilə ailə qurub. Onların 4 övladı var. İslahatçıların lideri kimi tanınır.

İshaq Cahangiri Kuhşahi – İranın Sircan şəhərində anadan olub. Milliyətcə farsdır. İslahatçıların nümayəndəsi hesab edilir. İranın eks-prezidentləri Əli Əkbər Haşimi Rəfsancani və Məhəmməd Hatəmi zamanlarında məsul vəzifələrdə çalışıb. O, hazırda İranın baş nazirinin müavini vəzifəsini icra edir.

Seyid Mustafa Ağa Mirsəlim – Tehranda anadan olub. Milliyətcə farsdır. Mühafizəkardır. Bir müddət İranın mədəniyyət naziri kimi çalışıb. Paniranist siyasətin tərəfdarıdır.

Seyid Mustafa Haşimi Teba – İslahatçıdır. Keçmiş baş nazir Mir Hüseyn Musəvinin dövründə sənaye naziri kimi çalışıb. Bir müddət İran Milli Olimpiya Komitəsinin rəisi işləyib. Mir Hüseyn Müsəvinin tərəfdarlarındandır. Harada anadan olması və milliyəti haqqında informasiya yoxdur.

Seyid İbrahim Rəisi Sadati – Məşhəd şəhərində anadan olub. Milliyətcə farsdır. Kərəc, Həmədan və Tehran şəhərlərinin bir müddət baş prokuror vəzifəsində çalışıb. İnqilabdan sonrakı dövrdə həbsdəki siyasi məhbusların edamını imzalayan dörd nəfərdən biri olub. Mühafizəkarların dəstəklədiyi əsas namizəd sayılır. SEPAH arasında böyük nüfuza sahib olan Rəisi Xameneidən sonra İran ali dini lideri vəzifəsinə əsas namizədlərdən biridir. O, həmçinin bu ilki seçkidə Ruhaninin əsas rəqibi hesab edilir.

Məhəmməd Bakır Qalibaf – Məşhəddə anadan olub. Atası kürd, anası farsdır. 1996-cı ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri olub. O, Məhəmməd Hatəminin dövründə prezidentə SEPAH komandirlərinin göndərdiyi xəbərdarlıq məktubuna imza atanlar sırasında olub. Mühafizəkardır.

Tarix
2017.04.21 / 15:40
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğanın qardaş səmimiyyəti - Foto

Bu ölkə müsəlmanların dostu ola bilməz – İlham Əliyev

Jirinovski: Türkiyə, İran və Azərbaycan kimi ölkələr…

İlham Əliyevin Türkiyə səfəri sona çatdı - Foto

Türkiyə ABŞ-ın 4 şərtini qəbul etməlidir - Politoloq

Jirinovskidən Qarabağ və Kataloniyaya ikili münasibət

İlham Əliyev Cahangiri ilə görüşdü - Yeniləndi

İlham Əliyev general rütbəsi verdi

Pol Qobldan sensasion etiraf: Qarabağın həll prosesi… - Özəl

Qarabağ danışıqlarında sensasiya... - Trofimçuk

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla