Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 May 2018


XİN-dən sərt çıxış: Həmsədrlər bunu etməli idi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may 2017-ci il tarixli standart bəyanatı simptomatik xarakter daşıyır.

Bu sözləri Axar.az-a ATƏT-in Minsk Qrupu həmsədrlərinin sözügedən bəyanatını şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib.

"Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-nə yaxın Laçın sakini 25 ildir ki qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk Qrupunun həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərir və Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin işğalı fonunda ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin edir.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükəni və Azərbaycanın hava məkanının dərinliklərinə nəzarət etmək cəhdinin qarşısını almaq üçün mayın 15-də provokativ şəkildə müdafiənin ön xəttinə çıxarılmış Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi legitim hərbi hədəf olaraq məhv edilib.

Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur.

Həmçinin, həmsədrlərin bəyanatında Ermənistan silahlı qüvvələrinin keçən ilin aprelində olduğu kimi cəbhənin Ağdam və Tərtər istiqamətləri boyunca sıx yaşayan mülki əhalini və mülki obyektləri 16-17 may tarixlərində minaatanlardan və digər silahlardan intensiv atəşə tutması və sonra video görüntülər yayaraq bunu rəsmən etiraf etməsi barəsində heç nə deyilmir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhədə gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir. Bu hər kəsə çox yaxşı məlumdur.

Odur ki, Azərbaycanın Laçın rayonunun işğalının 25-ci ildönümü və Yenilənmiş Madrid Prinsiplərinin Ermənistan prezidenti tərəfindən inkar edilən gün bəyanatla çıxış edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilk növbədə elə özlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərini rəhbər tutaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməli və ATƏT-in Budapeşt Sammitinin qərarına uyğun olaraq münaqişənin BMT TŞ-nın qətnamələri əsasında siyasi yolla həlli üçün intensiv substantiv danışıqların davam etdirilməsinə çağırış etməli idilər", - deyə H. Hacıyev qeyd edib.

Tarix
2017.05.19 / 10:57
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı

Nikol Petrosyana vəzifə verərsə... - Qarabağın həll prosesi

Paşinyanın Qarabağ bəyanatı müharibəyə aparır - De Vaal

Paşinyanın Tiflis cəhdləri: səfərin hədəfi nədir?

Qarabağla bağlı belə bir arzumuz yoxdur - Zaxarova

Karolin Qudmandan ADR-lə bağlı bəyannamə

Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək - Ekspert

Bakı-AB danışıqlarının yeni mərhələsi başlayır

Aleksandr Vuçiçin Bakı səfəri sona çatdı

Petrosyan aktivləşir: Rus səfirlə görüş və Qarabağ...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla