Yuxarı

Bakıya daşınan külli miqdarda pullar… - Rus səfir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya - Azərbaycan münasibətləri Rusiya Federasiyası ərazisində yaşayan və işləyən yüzminlərlə azərbaycanlı, Rusiyadan Azərbaycana külli miqdarda daşınan pullar və çoxsaylı qarışıq ailələrdir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Sputnik” nəşrinə verdiyi müsahibə zamanı Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanmasından danışarkən deyib.

“Rusiya Azərbaycan üçün qeyri-neft məhsullarının əsas bazarıdır. Dünyanın heç bir ölkəsində Rusiya Federasiyası ərazisində təhsil alan azərbaycanlı tələbələrin sayı qədər tələbə yoxdur. Düşünmürəm ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi bu münasibətlərə mənfi təsir göstərə bilər. Ən azından Rusiya tərəfi bunda maraqlı deyil”, - deyə səfir bildirib.

Doroxin qeyd edib ki, ÜAK Rusiya Federasiyasının vətəndaşlarından ibarət qeyri-hökumət təşkilatıdır və o, Rusiyanın qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir:

“Ötən ilin əvvəllərində Rusiya Ədliyyə Nazirliyi ÜAK-da planlı yoxlama keçirdi. Yoxlama sonrası məlum oldu ki, təşkilatın fəaliyyətində Rusiya qanunvericiliyinə zidd olan bəzi qanun pozuntuları mövcuddur. Bundan sonra sözügedən təşkilat qanun pozuntuları ilə bağlı üç yazılı xəbərdarlıq aldı, amma heç birinə cavab vermədi.

Ola bilər ki, bu, mənim işim deyil, amma mən ÜAK-ın rəhbərini başa düşə bilmirəm. Əgər Ədliyyə Nazirliyinin verdiyi qərar onu qane etmirdisə, bununla bağlı öz şikayətini adiyyəti qurumlara çatdırardı, yox əgər qanun pozuntularının mövcudluğunu qəbul edirdisə, onda lazımi addımlar atardı.

Nəticədə Ədliyyə Nazirliyi Ali Məhkəməyə müraciət etdi və 15 may tarixində məlum qərar qəbul edildi. Rusiyada Ali Məhkəmənin qərarı müzakirə olunmur. Təəssüf ki, ÜAK belə bəyanatlarla çıxış etdi. Rusiyada heç kim antiazərbaycan siyasəti yürütmür. Sakitləşmək və olanlardan nəticə çıxarmaq lazımdır”.

Tarix
2017.05.26 / 16:24
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla