Yuxarı

Misir səfirliyi Bakıda rəsmi qəbul təşkil etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Misirin milli bayramına həsr olunmuş rəsmi qəbul keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və digərləri iştirak ediblər.

Misirin Azərbaycandakı səfiri Suzan Cəmili Şanlı iyul inqilabının 65-ci ildönümünün sosial bərabərlik və ədalətin rəmzi olduğunu söyləyib. Bu il iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğunu deyən səfir Misir-Azərbaycan münasibətlərinin qardaşlıq və dostluq əsasında qurulduğunu vurğulayıb.

"Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların geri qaytarılması, bütün torpaqları üzərində suverenliyinin bərpa olunmasına yönəlmiş haqq mövqeyi ilə bağlı BMT və İƏT-in bütün qətnamələrinin Misir tərəfindən dəstəklənməsi bunun bariz nümunəsidir", - deyə o vurğulayıb.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev isə bildirib ki, dövlət başçılarının siyasi iradəsi bütün sahələrdə əməkdaşlığın genişlənməsinə yol açıb. O qeyd edib ki, iki ölkə beynəlxalq arenada bir çox məsələlərdə bir-birini dəstəkləyir. Nazir Azərbaycanın müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini deyib.

Ş.Mustafayev Azərbaycanla Misir arasında ticarət 50-dək ikitərəfli sənədin imzalandığını vurğulayıb.

Tarix
2017.07.21 / 20:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla