Yuxarı

Əliyevin BMT çıxışı: Bakıya münasibət dəyişir...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ probleminin BMT miqyasında işıqlandırılması burada olan super güclərin Azərbaycana qarşı fikir dəyişmələrinə səbəb ola bilər.

Bu sözləri Axar.az-a Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışını şərh edən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tək səngərlərdə getmir:

“Dağlıq Qarabağ problemi həm diplomatik, həm qeyri-hökumət təşkilatları, həm də kütləvi informasiya vasitələri səviyyəsində gedir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixindən başlayaraq Xocalı faciəsi, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsi, Sərkisyanın cinayətkar kimi qiymətləndirilməsi və digər məsələlərə yer verdi. Bu fundamental baxış və ardınca cənab İlham Əliyevin ABŞ Prezidenti Trampla görüşü bir daha Azərbaycanın beynəlxalq səviyyəli bir dövlət kimi qəbil edilməsindən xəbər verir. Məlum məsələdir ki, bu gün Azərbaycan dünya enerji təhlükəsizliyi təhdidinin qarşısının alınmasında mühüm oyunçuya çevrilib. Eyni zamanda, qeyd etmək istərdim ki, 72-ci sessiyadan öncə “Əsrin müqaviləsi”nin müddətinin uzadılması ciddi strateji gediş idi”.

Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üçü də məhz BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvüdürlər:

“Azərbaycan həm sülhü, həm də öz ərazi bütövlüyünü qorumağa çalışan mühüm əhəmiyyətli sülhməramlı dövlətdir. Bunların bir daha mötəbər tribunadan Prezident İlham Əliyev səviyyəsində dövlət başçılarının və dünya ictimaiyyətinin diqqətinə çatdırılması Azərbaycana olan baxışların mütərəqqi istiqamətdə inkişafında mühüm amil kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Ermənistanın Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməsindən, bu ölkənin mülki şəxslərə qarşı qətliamlarından söz açıb. Həmçinin insanlığa qarşı dəhşətli cinayəti törədən hərbi kriminallardan birinin Ermənistanın hazırkı prezidenti olduğunu bildirib.

Tarix
2017.09.21 / 16:50
Müəllif
Samirə Heydərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla