Yuxarı

Məmmədyarov Adil Cübeyrlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münaibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı, sərmayələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə xarakterizə olunduğu diqqətə çatdırılıb.

Nazirlər İƏT çərçivəsində birgə fəaliyyəti təqdir etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov ölkəmizin islam həmrəyliyinə verdiyi töhfələrdən danışdı və bu xüsusda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu, bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini qeyd edib. Nazir, həmçinin, Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.

Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzü, işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid abidələri vəhşicəsinə məhv etməsi, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları hədəfə alan əməlləri barəsində həmkarına məlumat verib. Elmar Mammadyarov Səudiyyə Ərəbistanının ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Tarix
2017.09.24 / 16:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla