Yuxarı

İsrail ərəb ölkələri ilə birləşir: İran təklənir – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və ərəb ölkələrinin yaxınlaşması ilk növbədə Yaxın Şərqdə öz mövqelərini gücləndirməkdə maraqlı olan Türkiyə və İran faktorları ilə əlaqədardır.

Bu sözləri Axar.az-a analitik Vüqar Zifəroğlu İsrail və Bəhreyn dövlətləri arasında olan yaxınlaşmaya münasibət bildirərkən deyib. O qeyd edib ki, Bəhreyn-İsrail münasibətləri 1994-cü ilə dayanır:

“2009-cu ildə isə İsrailin prezideni Şimon Perez və xarici işlər naziri Tzipi Livni Nyu Yorkda keçirilən dinlərarası dialoq konfransında Bəhreyn kralı ilə bir araya gəlmişdi”.

Politoloqun sözlərinə görə, İrana qarşı cəbhə açan ərəb dövlətləri İsrailə meyillənir:

“Ərəb qarşıdurması kimi də xarakterizə edə biləcəyimiz bu böhran zamanı Səudiyyə-BƏƏ-Bəhreyn üçlüyü Qətəri İranla sıx münasibətlərdə günahlandırırdı. Qətərə qarşı aktiv cəbhə açmış bu ölkələr yeni birlikdə İsraillə münasibətlərində sürətlə buzları əritməkdədir”.

Analitik vurğulayıb ki, bu fikirlər bir müddət əvvəl İsrailin baş nazirinin ərəb ölkələri ilə bağlı çıxışından sonra yaranıb:

“Benyamin Netanyahu ölkəsinin ərəb ölkələri ilə tarixin heç bir dönəmində olmadığı qədər “yaxşı münasibətlərə” sahib olduğunu açıqlamışdı. Bundan bir qədər sonra isə Bəhreyn kralı bir-birinin ardınca ərəb ölkələrinin İsraillə diplomatik əlaqələr qurmalı olduğu ilə bağlı fikirlər səsləndirməyə başladı. O zaman düşünmək olar ki, Ərəb-İsrail münasibətlərində yeniliklərə şahid ola bilərik”.

Qeyd edək ki, Bəhreyn kralı Hamad bin İsa Xəlifə ərəb ölkələrinin İsraili boykot etməsindən dolayı bezdiyini və İsraillə diplomatik əlaqələrin yaradılmasının vacibliyi ilə bağlı açıqlama verib.

Tarix
2017.09.25 / 12:29
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla