Yuxarı

İlham Əliyev TBMM nümayəndə heyətini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:40

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axara.z xəbər verir ki, V. Bozkır bildirib ki, Bakıya budəfəki səfərinin məqsədi Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsi ilə birgə keçirilən iclasda iştirak etməkdir.

Bir neçə gün sonra ölkəmizdə qanlı 20 Yanvar hadisələrinin ildönümünün qeyd olunacağını xatırlayan V. Bozkır 2018-ci ilin, eyni zamanda, bir neçə əlamətdar hadisələrlə də zəngin olacağını qeyd edib. Qonaq bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin, Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsinin 100-cü ildönümünün, həmçinin müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə olmasının 25 illiyinin təntənəli qeyd olunması ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib.

Ötən il ərzində üç dəfə Türkiyəyə səfər etdiyini deyən prezident İlham Əliyev Türkiyə prezidentinin, baş nazirinin, həmçinin müxtəlif nazir və millət vəkillərinin Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd etdi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmləndiyini, Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğulayıb.

Dövlət başçısı Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın Bakıya budəfəki səfərinin də öz növbəsində uğurlu olacağına, parlamentlərarası əlaqələrin Azərbaycan-Türkiyə birliyini və əməkdaşlığını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizin tarixində önəmli hadisələrlə zəngin bir il olacağına əminliyini bildirib, Türkiyə ilə Azərbaycanın bu il də böyük layihələr həyata keçirəcəklərini deyib.

Tarix
2018.01.16 / 17:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla