Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 May 2018


AB ilə viza ləğv edilir? – Məmmədyarov açıqlayır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:11

Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlıq haqqında razılaşma sənədinin hazırlanmasında özəl maneə yoxdur.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov söyləyib.

“Ticarət məsələsində bizim aramızda bir sıra fikir ayrılığı var. Belə ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, tarif və subsidiyalar məsələsində də fikir ayrılığımız mövcuddur. Müzakirə prosesində biz qarşılıqlı anlayış əsasında ümumi təmas nöqtələri tapmağa çalışırıq. Növbəti danışıqlar mərhələsi 2018-ci ilin birinci rübünün sonu, ikinci rübünün əvvəlində olacaq”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, bu razılaşmanın bütün elementləri AB və Azərbaycan arasında münasibətlərin hərtərəfli inkişafı üçün önəmlidir. O, həmçinin, AB ilə imzalanacaq razılaşmanın Rusiya əleyhinə olmadığını da vurğulayıb:

“Azərbaycan qonşuları ilə, özəlliklə də Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Ümumilikdə biz Rusiya ilə siyasi, iqtisadi, ticarət, humanitar və digər sferalarda əməkdaşlıqdan əldə olunan inkişafın əhəmiyyətli nəticələrində məmnunuq. Azərbaycanla AB arasında əməkdaşlıq qarşılıqlı fayda və qarşılıqlı hörmət əsasında inkişaf edir. AB ilə münasibətlərin inkişafına böyük diqqət ayrılır. Azərbaycanla Rusiya və Azərbaycanla AB arasındakı münasibətlər fərqli istiqamətlərdə inkişaf etməklərinə rəğmən onlar ilk növbədə bizim xalqların rifahına xidmət edir”.

Məmmədyarov AB ilə vizasız rejim məsələsinə də aydınlıq gətirib. Azərbaycanla AB arasında sadələşdirilmiş viza rejiminin olduğunu bildirən nazir tərəfdaşlıq haqqında müqavilənin sonradan vizanın liberallaşdırılması üçün də imkan yaradacağını söyləyib.

Tarix
2018.02.14 / 13:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakı-AB danışıqlarının yeni mərhələsi başlayır

Aleksandr Vuçiçin Bakı səfəri sona çatdı

Petrosyan aktivləşir: Rus səfirlə görüş və Qarabağ...

İşğal məsuliyyətini İrəvan daşıyır - XİN

Tiflis İrəvanı xilas edə bilməyəcək – Şərh

Qraçovun Bakıya hücum təhdidi, Bjezinskinin Bilgəh zəngi və…

Kaliforniya qubernatorundan ADR-lə bağlı - Bəyannamə

İrəvandan qarışıq açıqlama: Qarabağın həlli üçün...

İlham Əliyev yeni zavodun açılışında - Foto

Aleksandr Vuçiç Milli Məclisdə - Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla