Yuxarı

Meriya bu qərarı psixonevroloji vəziyyətdə verib - Etiraz

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir.

BAXCP növbəti qurultayını 07 aprel 2018-ci il tarixdə “Bakı Əyləncə Mərkəzi”də keçirmək barədə “Mərkəz”in rəhbərliyi ilə razılığa gəlib və beh ödənilib.

Bu barədə Axar.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, BAXCP-nin bundan əvvəlki qurultayı da həmin yerdə keçirilib:

“Bu il keçiriləcək qurultay üçün də Bakı Şəhər İcra Hakimiyyətinə 23 fevral 2018-ci il tarixdə müvafiq məktubla müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart 2018-ci il tarixdə cavab məktubu ilə bildirib ki, həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığına görə BAXCP qurultayını Əmircan qəsəbəsində keçirə bilər. Hesab edirik ki, Bakı şəhər İcra Hakimiyyətindən bizə verilən cavabın sağlam düşüncə ilə izahı mümkün olmadığı üçün qərarın ağır psixonevroloji vəziyyətdə qəbul olunduğu ehtimalı özünü göstərir.

BAXCP hesab edir ki, ölkə rəhbərlyi Hacıbala Abutalıbovun bu cür özbaşınalığına son qoyacaq, onun qanunsuz və anormal qərarını ləğv etməklə ayrı-seçkiliyə imkan verməyəcək. Belə ki, prezident seçkiləri elan olunduqdan sonra heç bir problem olmadan Yeni Azərbaycan və Sosial Rifah partiyaları Bakının mərkəzində öz qurultaylarını keçiriblər”.

Tarix
2018.03.16 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla