Yuxarı

ABŞ Saakyana sponsorluq edir? - Keçmiş səfir açıqladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin "başçısı" adlandıran Bako Saakyanın ABŞ-a səfəri Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığa təsir etməyəcək.

Bu barədə Trend-ə ABŞ-ın Azərbaycanda keçmiş səfiri, Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

"Bu, Saakyanın ABŞ-a ilk səfəri deyil. Bundan əlavə, o, ABŞ hökuməti tərəfindən heç bir sponsorluqla təmin edilmir. Keçmişdə olduğu kimi, onun ABŞ hökumətində rəsmilərlə heç bir görüşləri nəzərdə tutulmayıb, bəlkə, ola bilsin ki, ABŞ-dan olan Minsk Qrupunun həmsədri istisna olmaqla, o da qeyri-rəsmi. Beləliklə, Saakyanın bu hərəkətlərini ABŞ hökuməti şəxsi səfər kimi qəbul edir və bu, Azərbaycanla ABŞ arasında strateji münasibətlərə heç bir təsir göstərməyəcək", - deyə o bildirib.

M.Brayza qeyd edib ki, bundan əlavə, onun Konqresin bəzi üzvləri ilə görüşü mümkündür, məsələn senator Robert Menendezlə:

"Lakin Menendez artıq uzun illərdir ki, korrupsiya fəaliyyətinə görə FTB tərəfindən istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxacaq. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, o mənim Azərbaycanda səfir təyin edilməyimə mane olmaq istəyib. O, Amerika Milli Konqresinin təsiri altındadır, bu təşkilatın əvvəlki prezidenti isə məhkum olunmuş cinayətkardır. Ona görə də mən Saakyanın korrupsiyaya uğramış Menendezlə hər hansı görüşlərinə xüsusi əhəmiyyət verməzdim".

Xatırladaq ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.

Tarix
2018.03.18 / 18:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla