Yuxarı

İrəvanın məxfi planı, Qarabağ və... – Trofimçukdan sensasiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərkisyanın istefası sadəcə taktiki addımdır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

“Paşinyan mənə yenidənqurmanın son dövrlərində olan 1989-cu ilin xadimlərini xatırladır. Xüsusilə bu şəxslər “qardaşlıq və bərabərlik” kimi şüarlarla sonradan hər yerdə qan tökdülər. Ermənistan əhalisinin pulu bu hadisələrdən sonra artmayacaq, əksinə, daha da azalacaq. Paşinyan müəyyən edilmiş qaydada əhaliyə bunu verə bilməz. Mövcud hökumət geriyə taktiki addım atan Sərkisyandan fərqli olaraq, tam heyətdə öz yerindədir. Onlara əhalinin erməni müxalifəti və özəlliklə də şəxsən Paşinyanın verdiyi vədlərin boş olduğuna əmin olması sərfəlidir. Baş nazir Paşinyan sadəcə erməni lətifəsidir. Bizim postsovet ölkələri belə proseslərdən dəfələrlə keçib və bundan sonra situasiya yalnız pis olub”, – deyə o bildirib.

Onun sözlərinə görə, İrəvadakı hazırkı proseslər hələlik başlanğıcdır:

“Azərbaycana və bütün regiona bu halda yaxşı heç nə vəd olunmur. Məncə, bu, geniş destabilizasiyanın başlanğıcıdır. Bir sıra diqqətli müşahidəçilər artıq erməni müxalifətinin nümayəndələrinin radikal çıxışlarını qeyd ediblər. Bu radikallar hesab edirlər ki, guya indi onlar Azərbaycan və Türkiyəni həqiqi formada cəzalandıra biləcəklər. Bu isə artıq Qarabağ ətrafındakı vəziyyətə birbaşa təsir deməkdir.

Əsas qeyd olunası məsələ mövcud proseslərdə heç bir inqilabın olmamasıdır. Sadəcə Serj Sərkisyanın kölgəyə çəkilməsi mövcuddur. Bu, gərginləşən situasiyada daha məntiqli addım kimi dəyərləndirilir. Bununla belə, mövcud hakimiyyət öz yerindədir. Ermənistanın daxilinə ciddi destabilizasiya elementləri daxil olub və onu da ölkəyə xaricdəki diaspor nümayəndələri gətiriblər. Məhz onların sayəsində son proseslər baş verib”.

Trofimçukun fikrincə, Sərkisyan istefaya getməklə öz planını işə saldı:

“Respublika Partiyası Sərkisyanın istefası ilə taktiki addım atdı, amma vəziyyətin strateji inkişafını hazırda heç kim müəyyən edə bilməz. Əsas məsələ onun bir daha əvvəlki kimi olmayacağıdır. Biz həmçinin Ermənistanın daxilində Rusiya və onun Gümrüdəki hərbi bazasına yönələn şüarların da aktivləşdiyini görürük. Ona görə də Sərkisyan qan tökülməsinin qarşısını almaqdan ötrü getdiyini dedi, amma digər tərəfdən, o, bununla qan tökülməsi üçün başlayacaq prosesə ilk odunu atan şəxs oldu.

Qarabağ indiki vəziyyətdə tamam ayrı mövzudur. Görünən odur ki, burada İrəvan, Moskva və hətta Azərbaycanın nəzarətindən kənar şəkildə proseslər aktivləşir.

Rusiya son hadisələrə müdaxilə etməməklə tam doğru addım atdı. Moskva anlamalıdır ki, Sərkisyanın taktiki istefası strateji problemə heç bir cavab vermir. Ermənistanın destabilizasiyası bütün Cənubi Qafqaza təhdid yarada bilər. Bir sözlə, Ermənistanda üzdə heç nə dəyişməyib, amma əslində hər şey dəyişib”.

Tarix
2018.04.25 / 11:17
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla