Yuxarı

Əli Həsənov Baybeklə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qazaxıstanın Almatı şəhər akimi (qubernatoru) Baurjan Baybek ilə görüşüb.

Axar.az AzərTAC-a istinadla xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib.

Prezidentin köməkçisi deyib ki, müstəqillik illərində Qazaxıstan mühüm nailiyyətlər əldə edərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycanın siyasi sahədə sabit diplomatik münasibətlərinin mövcud olduğu ölkələrdən biri məhz Qazaxıstandır. Azərbaycan-Qazaxıstan əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradan üstünlüklər, eyni zamanda, düşünülmüş siyasət regionun inkişafına təkan verən bir sıra layihələrin reallaşdırılmasını şərtləndirib.

Almatı şəhər akimi Baurjan Baybek Azərbaycana səfəri zamanı müşahidə etdiyi inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakter daşıdığını qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin getdikcə möhkəmləndiyi vurğulanıb, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov görüşdə iştirak edib.

Tarix
2018.05.18 / 01:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla