Yuxarı

Paşinyan Moskvaya yalvardı: Bakının hücumu… - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün keçirdiyi mətbuat konfransında faktiki olaraq Rusiyaya yalvardığı görünür.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Nikol Paşinyanın narahatlıqları anlaşılandır:

“Paşinyan Ermənistanın tarixi-strateji müttəfiqi olan Rusiyanın bölgədə müharibənin başlamaması üçün böyük imkanlara malik olduğunu xüsusi vurğulayıb. Maraqlısı isə budur ki, o, sonrakı cümləsində Rusiyanın əlində olan imkanlardan istifadə etməyəcəyinə inanmadığını bildirib. Paşinyanın sözlərindən iki nəticə çıxır. Birinci nəticə odur ki, Qarabağ münaqişəsinin həllində devirdiyi Serj Sərkisyandan heç nə ilə fərqlənməyən Paşinyan Azərbaycan Ordusunun növbəti hücum ehtimalını yüksək qiymətləndirir və bundan ciddi narahatdır. İkinci nəticə odur ki, Paşinyan Rusiyanın Azərbaycana təzyiq edəcəyinə inanmaq istəyir”.

Politoloq qeyd edib ki, Paşinyan Belarusun Azərbaycana silah satmasından da xeyli narahatdır:

“Paşinyan tərəfdar dövlətlər arasında öhdəliklərin dəqiqləşdirilməsinin vacibliyini bildirib. Bu da yersiz açıqlamadır. Belarus Azərbaycana silah satmaqdan imtina etməyəcək. Rusiya imtina etmirsə, Belarus niyə imtina etməlidir?! Hələ Qazaxıstanla da hərbi əməkdaşlığı genişləndirib, bu qardaş ölkədən də müasir hərbi texnika almaq vacibdir. Bu da reallaşarsa, İrəvan indi də Astanaya dişlərini qıcıdacaq. O bir tərəfdən, Rusiyadan “müharibəyə imkan verməyin” yalvarışını səsləndirərkən, digər tərəfdən “Rusiya hərbi bazasının Ermənistanda heç kimi xəbərdar etmədən atəşlə müşayiət olunan təlimi təxribatdır” deyə açıqlama səsləndirir. Əgər yalvardığın səni saymırsa, başqa istəyinə niyə diqqətlə yanaşmalıdır?! Ancaq o da var ki, Kreml həqiqətən Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını, işğal altındakı torpaqların azad olunmasını istəmir”.

Tarix
2018.07.20 / 17:22
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla