Yuxarı

Konvensiya yeni perspektivlər açır – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunun tanınması indiyə qədər olan bütün qeyri-müəyyənlikləri ortadan qaldırır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Millət vəkili Xəzəryanı dövlətlərin bir-biri ilə mübahisəli məsələlərin həlli istiqamətində yekun rəyə gəlməsini təqdirəlayiq hesab edib:

“Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunun tanınması indiyə qədər olan bütün qeyri-müəyyənlikləri ortadan qaldırır. Təbii ki, Konvensiyada ayrı-ayrı sahələrdə müəyyən mübahisəli məqamların ortadan qalxması və sahil dövlətlərinin bir-biri ilə qarşılıqlı maraqlar əsasında davranması nəzərdə tutulur. Bu məsələlər ayrı-ayrı sahələr üzrə keçirilən görüşlərdə də öz həllini tapacaq”.

Millət vəkili bildirib ki, Konvensiyanın ən mühüm tərəflərindən biri dənizin dibindən Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına çıxışını nəzərdə tutan boru kəmərlərinin çəkilməsi ilə bağlı layihələr üzərində olan maneələrin aradan qalxmasıdır:

“Bütövlükdə, müharibə aparan dövlət kimi Azərbaycanın statusunun daha müəyyən bir şəkildə tanınmasından söhbət gedir. Bu da bizim üçün indiki məqamda daha geniş perspektivlər açır və Xəzəryanı ölkələrin ölkələrin bir-biri ilə yaxın əməkdaşlığını genişləndirir”.

Tarix
2018.08.16 / 17:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla