Yuxarı

Köçəryan siyasətə qayıdır: Paşinyana qarşı... - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köçəryanın reytinqi aşağıdır, ona görə də onun siyasətə qayıtmasının mənası yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanın eks-prezidentinin birbaşa siyasətə qayıdacağına inanmadığını bildirib:

“Köçəryanın Ermənistanla bağlı məqsədləri tamamilə başqadır. O həmişə Ermənistanda müxtəlif siyasi layihələri və partiyaları dəstəkləyib. Köçəryan xüsusilə də erməni oliqarx Qagik Çarukyanla birgə fəaliyyət göstərib və digər bir sıra siyasətçilərə dəstəkləyib. Çox güman ki, o bu işini davam etdirəcək və hansısa müxalif partiyaları dəstəkləyəcək. Çünki Köçəryanın əsas məqsədi Paşinyanı devirmək və öz mövqelərini möhkəmləndirməkdir”.

Politoloq bu prosesin payızda baş tuta biləcəyini bildirib:

“Çünki həmin vaxt parlament öz işinə başlayacaq, cari siyasi və iqtisadi məsələlər nəzərdən keçiriləcək. Yeni siyasi mövsümün başlanmasının ilk həftələrində Köçəryan hansısa siyasi partiyalar vasitəsilə öz mövqelərini daxili siyasətdə möhkəmləndirə və bununla da Paşinyanın dəstək bazasını azalda bilər”.

Qeyd edək ki, yenicə həbsdən çıxan Ermənistan eks-prezidenti Robert Köçəryan siyasətə qayıdacağını bəyan edib.

Tarix
2018.08.18 / 14:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla