Yuxarı

Türkiyə və Rusiya razılığa gəlməsə... – Felgenhauer

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlib ətrafında yaranan situasiya Cənubi Qafqaza da təsir edə bilər.

Axar.az xəbər verir ki, bunu “News.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib. Naxçıvanda Türkiyə hərbi bazasının yaradılması məsələsinə toxunan ekspert bildirib ki, bu, Rusiyanın maraqlarına uyğun olmaya bilər.

O, hazırda Moskva ilə Türkiyə arasında daha önəmli məsələnin – İdlib probleminin olduğunu deyib:

“Hazırda Naxçıvanda bazanın yaradılması məsələsi əsas mövzu deyil. Türklərin bütün diqqəti İdlibə yönəlib. Burada onun Rusiya və İranla konflikti alovlanmağa başlayıb”.

Jurnalistin “Türkiyənin Naxçıvanda baza açmasına göz yummaqla Rusiya Ankaradan Suriya məsələsində hansısa güzəştlər qopara bilərmi” sualına Felgenhauer “bu, o qədər də inandırıcı deyil” cavabını verib. O, türklərin Suriya məsələsində asanlıqla təslim olmayacağını deyib:

“İdlib ətrafındakı situasiyanın inkişafından Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti asılıdır. Üstəlik, hakim Ədalət və İnkişaf Partiyası ilə koalisiyada olan millətçilər üçün İdlibin Rusiya və Əsədə verilməsi qəbuledilməzdir. Burada türkmanlar yaşayır. Bu, Türkiyənin daxilində çox ciddi nəticələrə və böhrana gətirib çıxara bilər. Ona görə də hələlik Naxçıvanda baza məsələsi Türkiyə üçün aktual deyil”.

O, İdlib məsələsində heç bir kompromis olmayacağı təqdirdə Rusiya və Türkiyə arasında ciddi qarşıdurma yaranacağını bildirib:

“Bu qarşıdurma müəyyən mənada İranla da yaşanacaq. Nəticədə yaranan situasiya Cənubi Qafqaza da təsir edəcək. Lakin hələlik əsas fikir ayrılığı İdlibdə yaşanır”.

Tarix
2018.09.14 / 14:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla