Yuxarı

Nazir açıqladı: Ölkədə bu qədər internet istifadəçisi var

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:52

Biz yüksək texnologiyalar dövründə yaşayırıq. Süni zəka, bulud tipli məlumat bazası, əşyaların interneti və cihazlararası uzlaşma (M2M) texnologiyaları qlobal tendensiyalardır. Bu texnologiyaların inkişafı və dördüncü sənaye inqilabı ölkələr və hökumətlərə həyat keyfiyyətini artırmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqla ictimai xidmətlərdə keyfiyyəti və şəffaflığı təkmilləşdirmək üçün yeni iqtisadi imkanlar yaradacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşü çərçivəsində Avrasiya panelində inklüziv rəqəmsal inkişafa dair çıxışı zamanı deyib.

O qeyd edib ki, bu sahədə sərmayələr hər bir ölkənin gələcəkdə davamlı inkişafında mühüm rol oynayır:

“Evlərin yüksək sürətli internetə çıxışı, Böyük Həcmli Verilənlər (Big Data) çağırışı üçün bulud tipli məlumat bazası, kiber təhlükələrə cavab verən yaxşı inkişaf etmiş həll yolları bu prosesdə başlıca maneə kimi nəzərdən keçirilə bilər.

Əgər biz ortaq rifah üzərində qurulan bir gələcək yaratmaq istəyiriksə, rəqəmsal texnologiya vacib olacaq. Faktiki olaraq, texnoloji innovasiya sürətləndikcə, bu, inklüziv artım üçün ən yaxşı cığır ola bilər. Rəqəmsal iqtisadiyyatın əsaslarını möhkəmlətməklə hökumətlər bu xüsusda əsas rol oynayırlar. Biz sahibkarlıq subyektlərinin rəqəmsal texnologiyaların rəqabətə və yeniliklərə üstünlük verməsinə imkan verən siyasət və qaydaları inkişaf etdirməliyik”.

Nazir bildirib ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir:

“Biz yüksək texnologiyaları davamlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi tanıyırıq və bu sektorun inkişafı üçün zəruri addımlar atırıq. Qlobal iqtisadiyyatda dəyişikliklər informasiya və kommunikasiya texnologiyalarını ölkədə ən sürətlə inkişaf edən sektorlardan biri etdi. Belə ki, hal-hazırda enerji və nəqliyyatdan sonra bu, ölkənin üçüncü vacib iqtisadi sektorudur.

Azərbaycan Respublikasının informasiya və telekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi 2016-cı ildə Prezidentin sərəncamı ilə təsdiq edilib. Ölkə əhalisinin 79 faizi internet istifadəçisidir, onların 72 faizi genişzolaqlı internetdən istifadə edir. İlbəil evlərin internetə çıxışı artır və indi bu 77.2 faizdir. Rəqəmsal televiziya yayımına keçid tamamlanıb. Bununla yanaşı, “Azerspace-1” telekommunikasiya peyki, “Azersky” yer səthinin müşahidə peyki uğurla fəaliyyət göstərir və müasir peyk xidmətlərini təmin edirlər”.

Tarix
2018.09.19 / 15:34
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla