Yuxarı

Rusiya Qafqazda mövqeyini sərtləşdirir, çünki... - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qafqaz siyasəti əsrlər boyu dəyişmir. Onlar burada öz əhatə dairəsini genişləndirmək, digər ölkələri öz nəzarəti altında saxlamaq və bununla regionda öz strateji maraqlarını həyata keçirmək məqsədini güdür. Onların əsas siyasəti budur və asanlıqla bu mövqedən əl çəkəcəklərini düşünmürəm.

Bu sözləri Axar.az-a MDB dövlət başçılarının qeyri-formal görüşünü şərh edən politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, əslində MDB-də daha çox iqtisadi məsələlər müzakirə edilir:

“Burada bir sıra çoxtərəfli görüşlər keçirilir. Çünki gündəmdə ölkələr arasında münasibətlərin daha da intensiv inkişafı məsələlərinə üstünlük verilir. Amma xarici siyasət məsələlərində hər bir dövlət müstəqildir. Eləcə də Azərbaycan. Yəni biz hansısa ölkəyə bağlı deyilik. Çünki bizim xarici siyasətimiz kifayət qədər suveren, müstəqil siyasətdir. Biz beynəlxalq münasibətlər sistemində müvafiq addımlarımızı atırıq. Əgər MDB məkanında iştirak ediriksə, bu, sadəcə olaraq, koordinasiya naminə, bir-birimizin mövqeyini nəzərə almaq məqsədi daşıyır”.

Politoloqun sözlərinə görə, amma digər reallıq odur ki, son zamanlar geosiyasi vəziyyət gərginləşib:

“Burada əsas amil Rusiya-ABŞ münasibətlərinin gərginləşməsidir. Müxtəlif sahələrdə bu proses gedir. Hətta dövlət başçıları heç bir-biri ilə görüşmək də istəmirlər və s. Düşünürəm ki, Rusiyanın mövqeyi xüsusilə bu regionda daha da sərtləşəcək. Çünki Rusiyanın öz maraqları var, bundan sonra da öz maraq dairələrini daha da genişləndirmək niyyətində olacaqlar. Buna şübhə etmirəm. Amma bu o qədər də asan məsələ deyil. Bu proses asanlıqla həyata keçirilə bilməz. Çünki hətta Qazaxıstan və Belarus Rusiyanın partnyorları olsa da, son zamanlar kifayət qədər özlərini müstəqil aparır. Azərbaycanı da burada qeyd etməliyik. Hətta Ermənistanın indiki rəhbərliyi də Rusiyaya qarşı bir sıra iddialar, ittihamlar irəli sürür. Yəni Rusiya nə qədər bu məsələləri hamarlaşdırmaq istəsə də, düşünmürəm ki, bu alınacaq. Çünki problemlər çoxdur. Bu problemlərin bir görüşdə həll olunması mümkünsüzdür”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşünü keçirəcək.

Tarix
2018.12.06 / 14:11
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla