Yuxarı

Erməni seçkisi: qanun pozuntularının – Statistikası

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:03

Ermənistanda bu gün keçirilən və artıq 20:00-da başa çatan seçkilərlə bağlı gün ərzində baş verən qanun pozuntularının ümumi mənzərəsi açıqlanıb.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, hazirliyin seçki ilə bağlı yaratdığı qaynar xəttinə hərbçilərin səsverməsi zamanı 39 qanun pozuntusu haqda məlumat daxil olduğunu bildirib. Nazirliyin mətbuat katibi Ovannisyan qeyd edib ki, qanun pozuntuları hərbçilərin seçki məntəqələrinə gətirilməsi, seçkinin təşkili, həmçinin məzuniyyətdə olan hərbçilərin səsverməsi ilə bağlıdır.

Ombudsman Arman Tatoyanın ofisindən isə 20:30-a qədər qanun pozuntusu ilə bağlı 89 siqnal daxil olduğu bildirilib. Əsas pozuntular səsvermənin gizliliyinin təmin edilməməsi, seçki məntəqəsinin yerinin dəyişdirilməsi və s. barədədir.

Ermənistan polisi 20:00-a qədər 144 qanun pozuntusu haqda məlumat daxil olduğunu bildirib.

Çiçəklənən Ermənistan Partiyasının namizədi isə Ermənistan polisi Valeri Osipyana Şirak qubernatorunun Paşinyanın Mənim Addımım Blokunun xeyrinə inzibati metodlardan istifadə ilə səs toplanması barədə məlumat verib.

Respublikaçılar Partiyası seçki vərəqlərinin qeydiyyatında pozuntular və vaxtaşırı olaraq məntəqələrdə RP-yə aid bülletenlərin olmadığını bildirib.

“Hakimiyyətə ayı xidməti göstərənlər seçki qutularına əlavə bülletenlər atırlar. Əgər biz demokratik seçki istəyiriksə, bu kimi hərəkətlərə son qoyulmalıdır”, - RP-nin keçmiş parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan media açıqlamasında deyib.

Baqdasaryan seçki təbliğatı zamanı N.Paşinyanın RP-yə qarşı təhdid ritorikalarına da diqqət çəkib:

“Paşinyan seçki təbliğatı zamanı haqqımızda “asfalta yaxmaq”, “divara çırpmaq”, “əllərini kəsmək” kimi hədələrdən istifadə edib. Bu ifadələr yaxşı heç nə vəd etmir”.

Seçki pozuntuları barədə RP sədri Sərkisyanın müavini Armen Aşetyon da danışıb. O bildirib ki, seçicilər Mənim Addımım Blokuna səs verməsi üçün ciddi surətdə təlimatlandırılır.

***

Ermənistan İstintaq Komitəsi də quruma 51 pozuntu ilə bağlı məlumat daxil olduğunu bildirib.

"00:00-a qədər olan məlumata görə, Komitəyə tərkibində cinayət əlaməti daşıyan 51 qanun pozuntusu ilə bağlı şikayət daxil olub", - rəsmi açıqlamada bildirilib.

Pozuntuların əksəri təkrar səsvermə və səsvermənin məxfiliyinin pozulmasıdır.

Tarix
2018.12.10 / 09:37
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla