Yuxarı

İlham Əliyev Arkadi Dvorkoviçlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı, ilk növbədə, Arkadi Dvorkoviçi Beynəlxalq Şahmat Federasiyasının prezidenti kimi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Arkadi Dvorkoviçin bu vəzifəyə seçilməsindən sonra qısa bir zaman ərzində Azərbaycana səfərinin önəmini qeyd edərək, bunu ölkəmizin şahmat ənənələrinə diqqət və hörmət əlaməti kimi dəyərləndirib. Dövlət başçısı Arkadi Dvorkoviçin səfəri zamanı Azərbaycanla FIDE arasında əməkdaşlığın perspektivləri, ölkəmizin dünya şahmat ailəsində fəal iştirakı və qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu deyib. O, ölkəmizin FIDE-yə verdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun təşkilatın fəaliyyətində daim hiss olunduğunu vurğulayıb. Arkadi Dvorkoviç, eyni zamanda, Azərbaycan nümayəndəsinin FIDE-nin vitse-prezidenti vəzifəsinə seçilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycanda idmana, o cümlədən şahmata dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi vurğulanıb.

Söhbət zamanı Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri kimi rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa önəm verdiyini, artıq telekommunikasiya sahəsində birgə işlərin aparıldığını deyib və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Tarix
2018.12.10 / 13:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla