Yuxarı

"Azərbaycanın sərhəd qapıları skanerlərlə təchiz olunub"

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məmur-vətəndaş arasında təması minimuma endirmək məqsədilə gömrük sahəsində nəzarətdən xidmət yönümlü gömrüyə keçmək, o cümlədən elektron gömrük sisteminin yaradılması vacibdir.

APA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev bu gün Bakı Ekspo Mərkəzində keçirilən "Daşınmaz əmlak, özəlləşdirmə və investisiya" mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın gömrük sahəsində son illərdə bir çox nailiyyətlər əldə edilib. "Nailiyyətlərimizdən biri də budur ki, Azərbaycanın bütün sərhəd qapıları böyük skanerlərlə təchiz olunub. Hal-hazırda Yalama dəmiryolu üzrə tam skanerləşmə başa çatdırılaraq işə salınıb. Böyük Kəsik dəmiryolu üzrə isə proses test mərhələsindədir. Yaxın bir neçə ay ərzində də burada skanerləşmə işə düşəcək. Əgər yerlərdə gömrükçülər hər hansı səhvə yol verərsə, skanerlər vasitəsilə əldə olunan məlumatın köməyi ilə müdaxilə olunur. Bunun sayəsində biz bu yaxınlarda 1200 kq heroinin keçirilməsinin qarşısını almışıq", - deyə İ. Babayev qeyd edib.

İ.Babayev əlavə edib ki, ölkə üzrə 12 sərhəd qapısı skanerləşdirilib və bu proses yalnız Azərbaycanda həyata keçirilib.

Tarix
2016.11.23 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla