Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2017


Azərbaycanın bu sahədə böyük potensialı var - Lalli

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ABŞ Ticarət Nazirliyinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazir müavini qonaqları salamlayaraq, ABŞ ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyini bildirib.

Seyfəddin Talıbov ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqroparkların yaradılması, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. Eyni zamanda, Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğu, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyi nəzərə çatdırılıb.

Nazir müavini artıq Azərbaycanda Elektron Kənd İnformasiya Sisteminin həyata keçirildiyini və bir sıra rayonlarda pilot layihələrin tətbiq edildiyini deyib.

Azərbaycan-ABŞ əlaqələrindən danışan S.Talıbov bildirib ki, ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması Proqramının (DTRA) və Respublika Baytarlıq Laboratoriyasının mütəxəssisləri ilə birlikdə Respublika Baytarlıq Laboratoriyasında və Zona Baytarlıq laboratoriyalarında davamlı olaraq ELİSA, PZR və Bioloji Təhlükəsizlik üzrə təlimlər keçirilir. Respublika Baytarlıq Laboratoriyasında Biotəhlükəsizlik Səviyyəsi 2 olan laboratoriya istifadəyə verilib. Həmçinin Quba, Qax, Sabirabad, Bərdə Zona Baytarlıq laboratoriyaları BSL-2 səviyyəsində tikilib, Göygöl Zona Baytarlıq Laboratoriyası rekonstruksiya edilib və müvafiq avadanlıqlarla təminatı başa çatdırılıb. Respublika Baytarlıq Laboratoriyasında BSL-2 səviyyəsində virusoloji şöbə yaradılaraq tələb olunan bütün avadanlıqlarla, diaqnostikumlarla və dezinfeksiyaedici maddələrlə təmin edilib.

Nazir müavini vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə ABŞ-ın Oreqoniya Dövlət Universiteti arasında qərzəkli meyvə bitkilərinin genofond mübadiləsi sahəsində əməkdaşlıq əlaqələri nəticəsində yeni fındıq sortları rayonlaşdırılıb.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə ABŞ-ın İlinois Universiteti arasında əldə olunmuş razılaşmaya əsasən, institutun bir elmi əməkdaşının həmin universitetdə hazırda təcrübə mübadiləsi keçdiyini bildirən nazir müavini təkliflərini qonağın diqqətinə çatdırıb.

Maykl Lalli Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük potensialı olduğunu qeyd edərək, ABŞ tərəfindən gələcək əməkdaşlıqda təkliflər paketinin nəzərə alınacağını diqqətə çatdırıb.

Tarix
2016.12.02 / 23:07
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Azərbaycanda pensiyaçıların sayı artdı

Azərbaycanda cinayət törədən qadınların sayı açıqlandı

Bu rayonlarda qaz olmayacaq

Azərbaycanda qadınlar kişilərdən çoxdur - Statistika

Tehran Bakı ilə ixracatın həcmini qaldırır

BNA-dan küçələrdəki təhlükəsizliklə bağlı təklif

Siqaretlər 40 qəpik bahalaşdı: Nazirlik işə qarışdı

1,7 milyon kv/metrlik yaşayış sahəsi istifadəyə verildi

Bu rayonda qaz olmayacaq

İnternet asılılığının psixoloji aspektləri öyrəniləcək

KULT
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla