Yuxarı

“Papaqatdını qadağan etməyə heç kəsin ixtiyarı yoxdur”

Ana səhifə Digər Tarix
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Papaq atmaq uzun illərdən qalan qədim adətlərimizdəndir. Heç kəsin bunu qadağan etməyə ixtiyarı yoxdur".

Bu sözləri Axar.az-a filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Atəş Əhmədlinin Novruz bayramında papaq atmaq ənənəsinin yığışdırılması təklifinə münasibət bildirərkən deyib.

M.İmanov qeyd edib ki, neçə illərdir xalqın adəti kimi gəlib bu günümüzə kimi çıxan papaq atma ənənəsinə qadağa qoymağa və ya hansısa formada etiraz etməyə haqqımız, ixtiyarımız yoxdur:

"Papaq atmaq kimi bir çox məşhur adət-ənənələrimiz var. Qapı pusmaq, sübh tezdən bulaqdan su gətirmək, tonqalın üstündən tullanmaq. Papaq atmaq da bu adətlərdəndir. Bu adəti necə qadağan etmək olar ki?"

M.İmanov qeyd edib ki, adətən papağı uşaqlar atdığından, onlara bunu qadağan etmək də düzgün olmaz:

"Papaq bizdə illər uzunu qeyrət, kişilik rəmzi olub. Ancaq nəzərə almaq lazımdı ki, bu papağı balaca uşaqlar atır. Böyük adam, yekə-yekə kişilər gedib papaq atmır ki! Biz uşağa bunu necə qadağan edə bilərik? Uşaqdır da, ağlına necə gəlirsə, elə də hərəkət edir. Uşaqlığın dadı da elə bundadır. Biri papaq atar, biri torba atar, biri qurşaq atar. Kim bunu qadağan edə bilər ki, sən papaq atma? İndi uşaqların əksəriyyəti heç papaq da atmır, elə torba atır. Bu adət-ənənədir. Müdaxilə etmək də düzgün deyil".

Filologiya elmləri doktoru M.İmanov Atəş Əhmədlinin fikirlərinin əslində düzgün anlaşılmadığını bildirib. Onun sözlərinə görə, A.Əhmədli hansısa adət-ənənənin qadağan edilməsi təklifi irəli sürməyib:

"Atəş Əhmədli çox düzgün vurğulayır ki, vaxtilə papaq atılmayıb, qurşaq atılıb. Çox güman ki, Atəş müəllim papaq sözü ilə bağlı fikir bildirib ki, adət-ənənənin mahiyyətində qurşaq, şal atmaq nəzərdə tutulub. Atəş müəllim adətin ilkin versiyanın bərpası üçün belə açıqlama verib. O, adətin əleyhinə qətiyyən çıxmaz. Atəş müəllimin fikirləri düzgün anlaşılmayıb.".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Novruz bayramda papaq atma ənənəsinin yığışdırılmasını təklif edib. Qapılara papağın atılmasını düzgün saymayan alim bildirib ki, vaxtilə Novruz bayramında oğlanlar papaq deyil, qurşaq atıblar: "Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar".

Tarix
2015.02.22 / 09:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla