Yuxarı

İrəvan teatrında tamaşaçılar çöldə qaldı - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 136-cı mövsüm açılışı anşlaqla keçib.

Kult.az xəbər verir ki, 600 nəfər tamaşaçı tutumuna malik olan zalda yerlər tamamilə dolub və bəzi tamaşaçılar zala daxil ola bilməyiblər.

Açılış mərasimində ölkənin tanınmış mədəniyyət və sənət adamları, mötəbər qonaqlar iştirak ediblər.

Tədbiri açıq elan edən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev ötən mövsümdə qazanılan uğurlar, qarşıdakı hədəflər və yeni tamaşalar haqda danışıb. Sonra söz teatrın baş rejissoru, əməkdar artist Sərvər Əliyevə verilib. O da öz çıxışında teatrsevərləri salamlayaraq, kollektivə yaradıcılıq uğurları arzu edib.

Daha sonra əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dram tamaşaçılara təqdim olunub. Açılış mərasimi və tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluçşu rəssamı Məhsəti Eldarova, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Rolları əməkdar artist Vaqif Kərimov, əməkdar artist Rəşid Səməndər, aktyorlar Nigar Həsənzadə, Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Əmrulla Nurullayev və başqaları ifa ediblər.

Tamaşa “YARAT” Müasir İncəsənət Mərkəzinin səhnəsində təqdim olunub.

Tarix
2017.10.27 / 14:50
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla