Yuxarı

Kamal Abdullanın pyesi Azdramda: Bir, iki - bizimki!

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşanın premyerası baş tutub.

Teatrın mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında danışıb:

“Yeni yaradılan səhnəmizin qapılarını tamaşaçıların üzünə açmağımızdan kollektiv olaraq çox məmnunuq. Bu səhnədə biz yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyik. Bu gün Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasını təqdim edirik. Martın 29-da isə “Qəribə əhvalat” adında yeni premyeramız olacaq. Bundan sonra bu səhnədə bir-birindən maraqlı tamaşalar mütəmadi olaraq oynanılacaq”.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.
Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Tarix
2018.03.28 / 13:51
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla