Yuxarı

“Böyük dayağ”ın məşhur Yastı Salmanının 90 illiyi – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera ifaçısı, aktyor, “Böyük dayaq” filmində canlandırdığı Yastı Salman rolu ilə yaddaşlarda qalan Firudin Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Kult.az xəbər verir ki, “Mədəniyyət” kanalının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə F.Mehdiyevin ailə üzvləri, tələbələri, Akademik Opera və Balet Teatrının solistləri iştirak edib. Tədbiri “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov giriş söz ilə açaraq bildirib ki, istər opera ifaçılarının, istər mahnı ifaçılarının yetişdirilməsində F.Mehdiyevin əvəzsiz rolu olub:

“Mədəniyyət Nazirliyinin dəstəyi ilə vaxtaşırı olaraq, əbədiyaşar sənətkarlarımızı yad edirik və onların yaradıcılığına müraciət edirik. Bu bizim mənəvi borcumuzdur. Bu gün də F.Mehdiyevin 90 illik xatirə gecəsini keçirməkdə məqsədimiz müasir Azərbaycan gəncliyini onun yaradıcılığı ilə daha yaxından tanış ola bilməsi üçündür. Mən Firudin müəllimi yaxından tanıyan biri kimi deyə bilərəm ki, nə qədər Azərbaycan mədəniyyəti var, nə qədər Azərbaycan klassik musiqi sənəti var, Firudin Mehdiyev ifası, yaradıcılığı da insanların qəlbində yaşayacaq”.

Bundan başqa F.Mehdiyevin oğlu, tələbələri də çıxış edib.

Gecədə Akademik Opera və Balet Teatrının solistləri Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. F.Mehdiyevin oynadığı rollardan kadrlar video-çarx şəklində tədbir iştirakçılarına təqdim edilib.

Tarix
2018.05.08 / 00:33
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla