Yuxarı

Manafov teatrdan getməsindən yazdı: Mənə dedi ki...

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərlərini təsdiq edib.

Kult.az xəbər verir ki, Manafov 1nyus.az-ın redaksiyasına məktub göndərib. Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:

"Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçn afişaya mənim adımı yazmaq lazım olub. Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki, maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur.

Teatrda 2 ay sürən işdən sonra böyük aktrisamız Şəfiqə xanım Məmmədova teatra zəng edərək mənim yenidən səhnəyə qayıtmağımla bağlı sevincini ifadə etdi və Fəxrəddin Manafov üçün lazımi iş şəraitinin yaradılması üçün məsləhət verdi. Onu isə belə əmin etmişdilər: "Narahat olmayın, Şəfiqə xanım. O, özü üçün bütün şərtləri yaradır”. Bu tamamilə düz idi”.

Aktyor teatra gəldiyi ilk gündən səhnədə normal professional iş üçün lazım olan sadə, elemenetar şeyləri tələb etməli olduğundan şikayətlənib:

"Ayda bir dəfə oynanılan tamaşadan qabaq məşqləri tələb etmək lazım gəlirdi. Görünür, bu, teatrda çoxdan unudulmuşdu.

Aylarla səhnəyə çıxmayan balet truppası, yaxud yarışlardan qabaq məşq etməyən idman komandası təsəvvür edin. Hər dəfə bu ətalətin öhdəsindən gəlmək isə sağlamlığıma və həyat enerjimə başa gəlirdi.

Sən səhnədə, tamaşaçı isə zalda olarkən tərəf-müqabilinin atmacalarını, kulisdə danışılan söhbətləri, səs-küy, gurultunu eşidə bilərdin.

Bunun üzərində bir nəticəyə nail oldum. İşçilər arasında bu ifadə gəzməyə başladı: "Manafov oynayanda kulislərdə sükutddur”.

Manafov teatrın gənc əməkdaşlarının yeni tamaşaların məşqi zamanı mobil telefondan çox istifadə etmələrindən də narazılığını bildirib:

"Ən ağırı isə nəyisə qışqıraraq tələb etmək idi. Yoxsa, səni eşitmirdilər və nəticə olmurdu. Bir növ karlıq epidemiyası yayılmışdı. Mən qışqırmaqdan çox yorulmuşdum.

Yalnız bir gözəl dövr olmuşdu: o da İrina Mixaylovnanın rejissor köməkçisi işlədiyi dövr idi. Peşəkarlığın nə demək olduğunu bilən insan... O, mənə "Fəxrəddin müəllim, sizinlə bir məşq bir universitetə bərabərdir” deyərdi. Ancaq təəssüf ki, İrina Mixaylovna tezliklə teatrın kitabxanasına transfer oldu.

Mənim yanımda tezliklə administrasiyadan truppada bərabərliyə cavabdeh olan xanım peyda oldu. "Hər şey dəyişən və dəyişiləndir”. O, mənə sovet dövrünün pioner qızını xatırladırdı. O əlbəttə orta məktəb üçün pis deyildi, ancaq teatrda pioner-məktəblilər işləmir.

Pioner-qız mənə öz məsləhətləri ilə yaxınlaşmağa başladı: hamı kimi olmalı, hamının etdiklərini etməli idim. Sonda isə "Sən göbək deyilsən” dedi və nə olduğumu da bildirmədi.

Praqaya gedib Vaslavski meydanında Avropanın göbəyini qucaqlamaq və ona gileylənmək üçün ürəyimdə güclü istək yarandı. "Mən heç vaxt hamı kimi ola bilmərəm, olmadım və olmayacam. Mənim müəllimlərim də belə olmayıb”.

Tarix
2018.12.06 / 00:59
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla