Yuxarı

Əxlaqsız direktorun əşyaları əlindən alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonu, Şahhüseynli kənd orta məktəbin direktor əvəzi Ceyhun Tofiqli kənd camaatı içərisinə çıxa bilmir.

Bu haqda Modern.az-a adının çəkilməsini istəməyən Şahhüseynli kəndinin rəsmisi deyib.

O bildirib ki, işdən çıxarılan C.Tofiqli hazırda vaxtını əsasən evində keçirir:

"Hadisələrdən sonra qayınatası onlara gəldi. Qayınata Ceyhun saxlanıldığı müddətdə qızı və nəvələrilə birlikdə qaldı. Amma o buraxıldıqdan sonra qızı və nəvələrini götürərək özünün Cəlilabaddakı evinə getdi".

O, C.Tofiqlinin ata-anasının olmadığını deyib:

"Onun dayısı Tofiq Şirəliyev xalası qızı ilə evlənib. Onların övladı olmadığından Ceyhunu övladlığa götürüblər. Dayısı onu evləndirib, ailə sahibi edib, toyundan sonra ev verib. Amma o, bütün bunların qarşılığında naxələflik etdi. Həm özü biabır oldu, həm də ailəsi dağıldı".

Kənd rəsmisi eyni zamanda qeyd edib ki, C.Tofiqli saxlanıldığı müddətdə bir çox şəxsi əşyaları, o cümlədən mobil telefonu istintaq materialı kimi əlindən alınıb.

Məsələ ilə bağlı Zərdab Rayon Prokurorluğundan verilən növbəti açıqlamada isə istintaq işinin davam etdiyi bildirilib:

"O sərbəst buraxılsa da, nəzarətdədir. Mütəmadi olaraq çağırılır və ifadəsi alınır. Hazırda işlə bağlı araşdırmalar davam edir".

Zərdabın Şahhüseynli kəndində şagirdinə qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Ceyhun Tofiqlinin vəzifəsinə noyabrın 16-da xitam verilib.

C.Tofiqli daha əvvəl 2 dəfə ailə qurub və boşanıb.

Tarix
2016.11.25 / 12:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla