Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyul 2018


Yol polisi sürücülərə qarşı reyd keçirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nəqliyyat Nazirliyi ilə birgə paytaxtda reydlər keçirir.

"Axar.az"ın xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, noyabrın 7-də keçirilən reydlər paytaxtın metronun "Koroğlu" stansiyasının yaxınlığındakı avtobus dayanacağından başlayaraq "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu" stansiyalarına qədər küçə və yollar boyunca dayanacaqların, eləcə də yol boyu yolların hərəkət hissəsində, ikinci cərgədə avtomobilləri saxlayan və qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı, eləcə də avtobus sürücüləri arasında nizam-intizamın yaradılması məqsədi ilə keçirilib.

Reydlər zamanı yol polisinin və Nəqliyyat Nazirliyinin əməkdaşlarının saxlama işarəsinə əhəmiyyət verməyən və tədbir yerində avtomobili yüksək sürətlə idarə edən, hətta əməkdaşların üzərinə avtomobili sürərək qaçmağa cəhd göstərən 6 sürücü barəsində tədbir görülməsi üçün raport təqdim edilib. 10 avtobus yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacaqlara göndərilib. Dayanma, durma və park etmə qaydalarını pozduqlarına görə çoxlu sayda sürücüyə inzibati protokollar tərtib olunub. Avtobus dayanacağı ərazisini zəbt etdiyi üçün evakuatorların köməyi ilə həmin avtomobillər cərimə meydançalarına aparılıb.

Sərnişinlər, piyadalar və ətrafdakı insanlar əməkdaşların fəaliyyətinə müdaxilə etdikləri üçün onlar arasında da geniş təbliğat işləri aparılıb. Reydlər zamanı taksi fəaliyyəti ilə məşğul olan bir sürücüdən soyuq silah sayılan bıçaq aşkarlanıb.

V.Əsədov sözlərinə görə, sürücülər arasında tədbirlər davam etdiriləcəkdir. Bir daha avtomobil sahibləri və sürücülərinin nəzərinə çatdırılır ki, avtobus dayanacaqlarının ərazisində avtomobili park edənlərə, yolların hərəkət hissəsində, ikinci cərgədə, piyada səkilərində, yolların kəsişmə hissəsinə yaxın məsafələrdə, dayanma-durmanın qadağan edildiyini göstərən nişanların təsir zonalarında tələbləri pozan avtomobil sürücülərinə qarşı mütəmadi tədbirlər görüləcək.

Tarix
2013.11.07 / 21:17
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ağdamın işğalından 25 il ötür

Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib - Deputat

Antalyada Azərbaycan küçəsi açılır - Foto

Sabahın hava proqnozu açıqlandı

Nazirlikdən çimərlik xəbərdarlığı: Ehtiyyatlı olun!

Düşmən mövqelərimizi atəşə tutdu

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Zəif nəticə göstərən abituriyentlər belə məhv edilir

Sosial şəbəkələrdə avtoşluq təbliğ edilir - Video

Şəhidimiz dəfn edildi - Yeniləndi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla