Yuxarı

Həkimlər 2 aylıq körpəni kor elədi - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ay əvvəl dünyaya göz açmış körpə dünya işığından məhrum qalıb.

Axar.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, valideynləri buna səbəb kimi doğuş həkiminin səhlənkarlığını göstərirlər. Çünki uşağın aparıldığı həkimlər gözün korluğunu doğuş zamanı aldığı travma ilə əlaqələndirirlər.

Uşağın valideynləri doğuşdan sonra körpənin gözündə qızartı hiss ediblər və bu barədə doğuş həkiminə məlumat veriblər. Həkim isə bunun adi infeksiya olduğunu və narahatlığa əsas olmadığını deyib.

Uşağın anası Cəlilabad rayon sakini Şərqiyyə Vəliyevanın doğuşu Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinikasında baş tutub. Doğuşu həyata keçirən Zülfiyyə həkimlə əlaqə saxlanılıb. O, doğuş zamanı körpənin travma almaq ehtimalının olmadığını deyib. Onun sözlərinə görə, əgər uşağı kor edə biləcək qədər ağır travma olsaydı, körpədə bunun əlamətləri kəskin şəkildə özünü büruzə verərdi.

Həkim uşağın öz hesabına təkrar müayinədən keçirilməsinə belə razı olduğunu deyib və problemin həkim səhlənkarlığından qaynaqlanmadığını israr edib.

Tarix
2016.11.26 / 21:22
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla