Yuxarı

Millət vəkili: "Belə olmaz axı"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb.

Axar.az xəbər verir ki, bunu millət vəkili Hüseynbala Mirələmov Modern.az-a açıqlamasında deyib.

“Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, “indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir”. Özü də bir neçə dəfə dedim ki, “bu, zarafatdır”. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb.

Jurnalistlə səmimi şəkildə söhbət etdik, zarafatlaşdıq. Bu millətin bəzi üzvləri sanki bir-birinə qənim kəsilib. Belələri sanki 1937-ci ildə bir-birinin qanını içən adamların nəvə-nəticələridir. Belə olmaz axı!

Böyük Vətən Müharibəsində ata-babalarımız nə qədər əziyyət çəkiblər. Çətinlik görüblər. Ac-susuz qalıblar, amma vətənə kömək ediblər. Əgər vətənimiz çətin durumdadırsa, onun yolunda canımızı da verməliyik. Hər bir azərbaycanlı belə düşünməlidir”.

Hüseynbala Mirələmov, qalmaqala səbəb olan müsahibəsi zamanı toxunduğu məqamları xüsusi qeyd edib:

“Müsahibədə Azərbaycanın stabil vəziyyətini xüsusi qeyd etmişəm. Bu gün Suriyada, İraqda yaşayan insanların vəziyyəti çox acınacaqlıdır. Nə yaxşı ki, dövlətimiz belə deyil. Azərbaycanın stabilliyi bizim üçün xəzinədir. Bizə qismət olub ki, sülh şəraitində yaşayırıq. Ölkələr var ki, milyonları, sərvətləri, neftləri var, amma rahat nəfəs ala bilmirlər. Qırılırlar... Müsahibədə bunların hamısını demişəm. Amma heç biri verilməyib. Müsahibə verən zaman yanımda bir oğlan vardı. Zarafatla dedim ki, “az yeyək, ayağımızı yorğanımıza görə uzadaq.

Biz də insanıq da... Nə olar ki, zarafat edəndə... Gərək bir-birimizə düşmən olaq?! Adam var 1000 manat qazanır. Xərcləyir. Adam da var 200-300 manat əmək haqqı alır. Bu mənada demişəm ki, hər kəs ayağını yorğanına görə uzatmalıdır. Ailə büdcəsinə uyğun hərəkət etməlidir. Bu fikirlərimdə qəbahətli nə var axı, oturub-durub məni təhqir edirlər?! Əgər 1000 manat qazanıramsa, onu elə xərcləməyə çalışıram ki, bu ay üçün ailəmi saxlaya bilim”.

Deputat bizneslə məşğul olduğu barədə deyilənlərə belə aydınlıq gətirib:

“Hüseynbala Mirələmov millət vəkilidir. Hüseynbala Mirələmov yazıçıdır. Hüseynbala Mirələmov alimdir, professordur. Vəssalam! Mən biznesmen deyiləm. Dövlət Neft və Sənaye Universitetində kafedra müdiriyəm. Ola bilər ki, mənim ailəmin digər üzvləri bizneslə məşğul olur. Buna görə onların qarşısını ala bilmərəm. Aldığım məvacib mənə kifayət qədər bəs edir. Mənim yazıçılığım, elə mənim biznesimdir. Dünyanın 39 ölkəsinə kitablarım tərcümə olunub”.

Qeyd edək ki, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” fikirlərinin yer aldığı açıqlaması cəmiyyətdə böyük səs-küyə səbəb olub.

Tarix
2016.12.10 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla