Yuxarı

NTV: “Rövşən Lənkəranski - Tərəvəz kralı” - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın NTV telekanalı Rövşən Lənkəranskinin öldürülməsindən sonra Moskva bazarlarına nəzarət uğrunda başlayan müharibə barədə araşdırmanı efirə verib.

Publika.az xəbər verir ki, reportajda bir neçə gün əvvəl Moskvanın Çeryomuşinsk bazarında baş vermiş dava-dalaş və atışmanın da bu zəmində olduğu deyilib.

"Moskvanın Çeryomuşinsk bazarı. Ticarət sıralarını gücləndirilmiş polis naryadı mühafizə edir. Rəhbərlik yeni münaqişədən çəkinir. Sonuncu toqquşma bir neçə gün əvvəl olub, atışma ilə bitib. Qarşıdurmanın iştirakçısı bazardakı kafelərdən birinin sahibi Vilayət Əsgərovdur. O, bazarın yeni rəhbərliyindən narazıdır", - NTV-nin reportajında bildirilib.

"FV. Araşdırma: "Krallar və Kələm" adlı süjet bu gün efirə verilib. "Göyərti və tərəvəz üzərində kriminal biznes necə qurulub, avtoritetlər bir-birini sözün əsl mənasında kələmə çevirirlər? Tərəvəz kralı Rövşən Lənkəranskini kim aradan götürdü? Və növbəti qurban kim olacaq? Ruslar vitaminə görə vergini kimə ödəyirlər? Və əsas məsələ - nə qədər ödəyirlər?" - NTV jurnalistləri araşdırmada bu suallara cavab axtarıblar.

Xatırladılıb ki, Rövşən Lənkəranski bu ilin avqustunda İstanbulda güllələnib. Ona üzünə qarşı "tərəvəz kralı" deyirdilər. Həkimlər avtoritetin həyatını xilas etmək üçün bir neçə saat mübarizə aparıblar, ancaq onu xilas etmək mümkün olmayıb. "Onu "tərəvəz kralı" da adlandırırdılar. Cəsədini təyyarə ilə doğma şəhəri Lənkərana aparıblar, dəfn mərasimində kilometrlərlə uzunluqda tıxac yaranıb. Qohumları, dostları, yüksək vəzifəli məmurlar, Azərbaycan cəmiyyətinin elitası dəfnə qatılıb", - NTV bildirib.

Tarix
2016.12.10 / 14:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla