Yuxarı

Gənclər niyə evlənmək istəmir? - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bildiyiniz kimi, hər 10 ildən bir cəmiyyətdə IQ dəyişir. 10 il əvvələ nəzər salsaq, görərik ki, o vaxt mənzərə tam fərqli idi.

Bu sözləri tanınmış psixoloq Xatirə Səfərova gənclərin son zamanlar ailə qurmaqdan imtina etmələri haqda Axar.az-a danışarkən deyib. O, artıq hər şeyin daha əlçatan olmasını buna səbəb kimi göstərib:

“Hazırda informasiya bolluğundayıq, hər istədiyimizə rahatlıqla əlimiz çatır. Məsələn, İnstaqram səhifəsində istənilən növ kişi və ya qadın izləyicin ola bilər. Bununla da həyatdan fərqli bir yöndə zövq alarsan. Hər bir insanın gündəlik nəvaziş limiti var. Məsələn, evdən çıxanda kimsə sizi görür və “çox gözəlsiniz” - deyir. Bu da nəvazişdir. Bəziləri çox layk yığmağı sığal bilir, bəziləri bişirdiyi yeməyə tərif eşitməyi nəvaziş sayır. Hər kəs çalışır ki, nəvaziş kanalını doldursun. Əvvəllər bu limiti doldurmaq üçün arzular qurulurdu, xəyal edilirdi, lakin indi bütün xəyal və fantaziyaların oyuncaq proqramları hər kəsin telefonunda aktivdir. Məsələn, qadını, kişini gözəlləşdirən xüsusi proqramlar var. Bütün bu xəyalları beyində daşımağa artıq gərək qalmadığından arzularını proqramlarla virtual dünyaya köçürürsən. Beləliklə, insanlara istədikləri şey əlçatan olur. Bununla da gənclərin evlilik həyatı artıq onlara sıxıcı gəlir, çünki təəccüblənməkdən qorxurlar”.

Tarix
2017.01.12 / 08:30
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla